Rize-Artvindən dünyaya mesaj - ŞƏRH

“Bir millət iki dövlət” formulu ilə yeni mərhələyə daxil olan Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərini tarixi yaddaşımıza hopduran hadisələr sırasında may ayının 14-də Prezident İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyənin Rize-Artvin Hava Limanının açılış mərasimindəki iştirakı xüsusi əhəmiyyətə mailkdir. Səfər qardaşlığımızın və birliyimizin sarsılmaz olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu əməkdaşlığın strategiyasında tarixi köklərə nə qədər bağlılıq ifadəsi varsa o qədər də Azərbaycan-Türkiyə qardaşlığının nəsillərə örnək olan dərin siyasi mahiyyəti vardır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev təntənəli mərasimdə ümummilli iradənin gücünü ifadə edən çıxışı ilə Türkiyəyə olan sonsuz sevgisini böyük qürürla ifadə etdi.

Bu ifadənin qarşılığında Türkiyə ictimaiyyəti “Can Azərbaycanın şanlı Qarabağ Zəfərindən nə qədər qürur duymuşduqsa, bu günkü tarixi səfərdən də eyni dərəcədə iftixar hissi keçirdik” kimi tarixi qiymət verərək sürəkli alqışlarla cavablandırmış oldu. Hesab edirik ki, belə ümumxalq qiyməti milli birliyimizin möhtəşəmliyini, sarsılmazlığını təsdiq edən və yeni-yeni şanlı tarixlərə başlanğıc verən ideoloji reallıqların təzahürüdür. Dünyaya verilən mesajdır....

Məlumdur ki, Azərbaycan-Türkiyə strateji əməkdaşlığının hazırkı mərhələyə catmasında siyasi liderlərin iradəsi mühüm rol oynayıb. Eyni milli köklərə dil və qan qardaşlığımıza sahib cıxmaq məhz siyasi liderlərin iradəsi ilə ortaq tariximizi və milli özünüdərkin ideoloji bazasını yaratdı. Yeni mərhələdə bu formul Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mütərəqqi hədəfləri ilə şüurlarımıza kökləndi. Bütün deyilənlərin elmi əsasları isə mərasimdə Prezident İlham Əliyevin aşağıdakı tarixi nitqi ilə öz təsdiqi tapmışdır. “Bu gün sizinlə bərabər olmaq mənim ücün böyük xoşbəxtlikdir. Bu gün bu gözəl mərasimdə Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Biz hər zaman bir yerdəyik- xoş günlərdə, yaxşı günlərdə, cətin günlərdə də və İkinci Qarabağ savaşı bünü bir daha dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. Ikinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir.

30 illik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır “ deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər- Şüşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi və Azərbaycan xalqı hec vaxt bu qardaşlığı unutmayacaq”. Bu fikirlər Azərbaycan və Türkiyə əməkdaşlığının tarixən böyük sınaqlardan keçdiyini və 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan tarixi “Şuşa Bəyənnaməsi” nin bu əməkdaşığın müttəfiqlik səviyyəsinidə əbədi olaraq inkişaf edəcəyini bir daha dünyaya bəyan etdi. Prezident İlham Əliyevin “Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik” kimi fikirləri isə ideoloji baxışlarımızın bundan sonra da qarşıya qoyulmuş hədəflərə catması ücün səfərbər edilməsi yolunda yeni istiqaməti olaraq “tarix və gələcək” formulunun elmi əsaslarını konseptuallaşdırdı. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı..

Sənan Həsənov

YAP Yasamal rayon Təşkilatının AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə