"Paşinyan Azərbaycanın tələblərini istəməsə də, yerinə yetirməlidir" MÜSAHİBƏ
SİA politoloq Samir Hümbətovun müsahibəsini təqdim edir:
- Armen Sarkisyan Qərb və Şərq arasında ilişib qalan bir obraz kimi xarakterizə edilirdi. Sizcə, onun siyasi meydandan çəkilməsində vacib rol oynayan amillər hansılar idi?
- Armen Sarkisyan siyasi karyerasında bəzi qaranlıq məqamlar var idi. Bbildiyimiz kimi, Armen Sarkisyanın Qərblə ciddi əlaqələri var idi. Həmin əlaqələr budur ki, uzun müddət Ermənistanın qərb ölkələrin səfiri olmuşdur. Armen Sarkisyanın prezident olduğu müddətdə atdığı addımlardan görünür ki, Qarabağ klanının dəstəkçisidir. Robert Koçaryan və Serj Sarkiyanın dövründə qərbdə diplomat kimi fəaliyyət göstərib. Baş nazir kimi Nikol Paşinyan gələndə Qərb ölkələrinin bilavasitə iştirakçısıdır. Ermənistanda prezident səlahiyyətləri məhduddur. Ermənistan Prezidenti Armen Sarkisyan müddət keçdikcə Ermənistanın siyasi proseslərindən uzaqlaşması daha da sürətləndi. Nikol Paşinyanın isə siyasi nüfuzu artdı. Nikol Paşinyan ilə Armen Sarkisyan arasında rəqabətin şahidi olmuşuq. Armen Sarkisyanın siyasi bioqrafiyası onu göstərir ki, siyasi cəhətdn o qədər təcrübəli deyil və Qərb ilə Rusiya arasında balans yarada bilmədi. Ermənistan prezidenti bunu özü yaxşı başa düşüb ki, o, siyasi müstəvidə qabağa gedə bilməyəcək.
- Bəzi siyasi şərhçilər Azərbaycanın qələbəsinin Ermənistan tarixi üçün şans kimi qiymətləndirirlər. Müharibədən sonrakı reallığı daha geniş mənada necə izah oluna bilər?
- İkinci Qarabağ savaşına qədər Ermənistan siyasi elitasında belə fikir formalaşmışdı ki, Ermənistan Azərbaycanla ortaq nöqtədə ola bilməz və güzəştə gedə bilməz. İkinci Qarabağ savaşında Paşinyanın özü müharibənin başlamasına rəvac verdi. "Qarabağ Ermənistanındır" deməklə bu prosesləri özü başlatdı. Paşinyan başa düşürdü ki, Azərbaycanla bacaracaq gücdə deyil. Bu müharibədə Ermənistan cəmiyyəti də başa düşdü ki, gec-tez özlərinin olmadığı torpaqları qaytarmalı olacaqlar.
- Antalyada Azərbaycan, Türkiyə və Ermənistan arasında görüşlərin keçirilməsi gözlənilir. Görüşündən gözləntiləriniz nələrdir?
- Bu forum bir neçə ildir ki, Türkiyədə təşkil olunur. Bu ildə təşkil olunması gündəmdədir. Nəzərə alsaq ki, Türkiyə və Ermənistan arasında 1 aydan uzun müddətdir ki, dialoq mühiti yaranmaqdadır. Bu mühitdə Türkiyənin regionda aktiv siyasət yürütməsinin bir nəticəsidir. Burada əsas hədəf Ermənistanı yola gətirməkdir və regiondakı reallığı qəbul etdirib proseslərdə regionun roluna uyğun olaraq hərəkət etdirməkdir. Diplomatiya forumunda iştirak etmək Ermənistanın proseslərə addım atmasının işarəsidir. Proseslər normallaşmağa doğru irəliləyir. Məqsəd regionda sülhün təmin olunmasıdır. Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə əməkdaşlığa açıq olmalıdır. Azərbaycanın tələblərini istəməsə də, yerinə yetirməlidir.
- Parlament Azərbaycan və Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsini təsdiq etdi. Bundan sonra müttəfiqlik münasibətlərində hansı gəlişmələri görə bilərik, müttəfiqliyin güclənməsi üçün daha hansı addımlar atıla bilər?
- Azərbaycan müstəqillik əldə olunduqdan sonra 3 dəfə belə genişmiqyaslı müqavilə imzalanıb. Birincisi 1994-cü ilin 9 fevralında, ikinci müqavilə 2016-ci il 16 avqustda, üçüncü isə Şuşa bəyannaməsidir. Hər üç bəyannamələrdə qeyd olunan maddələrin əsası Qars müqaviləsinin ruhuna uyğun olaraq hazırlanıb. Şuşa bəyannaməsinin tarixi ruhu Qars müqaviləsinə dayanır. Azərbaycanın Türkiyə ilə münasibəti onsuz da yüksək səviyyədədir. Bu, münasibətləri möhkəmləndirir, Türkiyənin bölgədə nüfuzunu artırır. Türkiyənin regionda olmasının birinci müsbət xüsusiyyəti odur ki, regionda stabillik yaranır, ikinci cəhət isə odur ki, Azərbaycanın mövqeləri möhkəmlənir. Məsələn, Hegemon ölkələr Gürcüstana və Ermənistana etdikləri təzyiqləri Azərbaycana edə bilmirlər. Çünki Azərbaycan Türkiyə ilə hərbi müttəfiqdir. Azərbaycana olan təhdid Türkiyəyə qarşı olan təhdiddir.
- Bəs türk ölkələri arasındakı birlik, inteqrasiya ideyasının taleyi necə olacaq? Hesab olunur ki, Qazaxıstandakı son olaylar bu ideyaya zərbə vurdu.
- Türkdilli ölkələrin Qazaxıstana müdaxilə etməməsinin özü belə doğru addımdır. Çünki əhalidə türklərə qarşı aqressiya formalaşacaqdı. Yaxşı ki, türkün əli türkün qanına batmadı. Rusiyanın Qazaxıstana müdaxiləsi isə Rusiyanı möhkəmləndirmədi, əksinə, zəiflətdi. Gördüyünüz kimi, Rusiya Qazaxıstana daxil olsa da, orada qala bilmədi. Baş verən proseslər türk birliyinə zərbə deyil.
Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB