Erməni hərbi qulluqçusu ağır yaralanıb Ermənistan MN

Ermənistanın Müdafiə Nazirliyi erməni hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb. SİA adıçəkilən nazirliyə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, dekabrın 8-də, saat 23:50 radələrində Ermənistan müdafiə nazirliyinin cənub-şərq istiqamətində yerləşən “N” saylı hərbi hissəsində 2003-cü il doğumlu sıravi əsgər Senik Arturoviç Saakyan hərbi hissənin digər hərbi qulluqçusu tərəfindən edilən hücum nəticəsində yaralanıb. Erməni əsgərinin vəziyyətinin ağır olduğu bildirilir.

“Hadisənin hansı səbəblərdən baş verməsini aşkar etmək üçün araşdırmalar aparılır”, deyə məlumatda bildirilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə