“Müxalifəti ortalığa salıb oynadanlar anti-Azərbaycan qüvvələrdir” AÇIQLAMA

“AXCP-nin, yaxud "Milli Şura"nın dövlətçilik əleyhinə qərəzli fikirlər səsləndirməsi gözlənilməz deyil. Çünki onların nə dünyada gedən prosesləri, nə də regionda baş verənləri təhlil etmək, mənsub olduqları məmləkət üçün nəyin xeyirli, nəyin zərərli olduğunu müəyyənləşdirmək imkanları sıfıra bərabərdir. Birincisi ona görə ki, buna onların siyasi savadları çatmır. İkincisi isə, onların siyasi savadları çatsa belə, ağaları buna imkan verməz”. “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.

T.Novruzov bildirdi ki, müxalifəti toy toğlusu kimi ortalığa salıb oynadanlar anti-Azərbaycan qüvvələrdir: “Daha dəqiq desək, ermənipərəst güclərdir ki, bu, artıq hər kəsə məlumdur. Müxalif qüvvələrdən maliyyələşən kəslərin nə ixtiyarları var ki, məhz onların təyin etdikləri siyasi doktrinadan qırağa çıxsınlar? Belə də ailələrinin paltarını, yeməyini, özlərinin restoranlarda kef-damaq xərclərini haradan ala bilərlər? Bu gün regionda yaranmış durumda Azərbaycan doğru olaraq hərbi-siyasi taktikaya üstünlük verir. Məqamı gələndə düşmənin həmlələrinin qarşısı qətiyyətlə alınmalıdır, alınır da. Necə yəni, məğlub düşmən bizə əzələ nümayiş etdirsin, qalib tərəf olan biz buna seyrçiliklə yanaşaq? Bu, hansı məntiqə söykənir? Belə məntiqsizliyin isə arxasında duran qüvvələr var və onlar məcbur edirlər ki, belə danışsınlar. 1992-ci ilin yayını xatırladım. Bizim ordu cəbhə boyu irəliləyən vaxtlarda Ermənistan parlamentinin 60-dan çox üzvü Azərbaycana müraciət etmişdi ki, hərbi əməliyyatlar dayandırılsın, Qarabağ Azərbaycanın tərkibində qalmaq şərti ilə danışıqlara başlanılsın. O zaman ermənilərin həmin müraciəti nəinki icra olunmadı, heç baxılmadı da. İndi hərb istəməyən bu adamlar o zaman hakimiyyətdə idilər. Nədən o müraciətə baxılmadı? Cavabı da məlumdur, çünki o zaman həmin anti-Azərbaycan qüvvələr regionda münaqişənin artmasında, hərbi əməliyyatların genişlənməsində maraqlı idilər, göstəriş də buna uyğun verilmişdi. Məncə hər bir siyasətçi danışdığını yüz ölçüb, bir biçməli, sonra danışmalıdır. Özün iqtidarda olanda nümayiş etdirdiyin mövqe hərbə üstünlük vermək idisə, indi müxalifət olub özünü qərbdəki ağalarına "sülhpərvər" kimi təqdim etmək, ən azı Azərbaycanın mövqelərinə zərbə vurmağa cəhd deməkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...