YAP Sabunçu rayon təşkilatının fəalları Şəhidlər Xiyabanını ziyarət ediblər - FOTOLAR

Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. SİA-nın məlumatına görə, Respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edilir.

YAP Sabunçu rayon təşkilatının fəalları Anım Günü münasibətilə Şəhidlər Xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad ediblər.

Sonra tədbir iştirakçıları Sabunçu rayonunda dəfn olunan Şəhid məzarlarını da ziyarət edərək xatirələrini ehtiramla yad ediblər. Tədbir iştirakçıları bildiriblər ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir.

Çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə