Füzuli və Hadrutda bütöv bir düşmən diviziyası necə məhv edildi? ANALİTİK

2020-ci ilin 12 oktyabrında baş verənlərin mənzərəsi

Yəqin ki, bir çoxları 44 günlük müharibədən verilən cəbhə xəbərlərini, reportajları xatırlayırlar. Məhz həmin xəbər və reportajların əksəriyyətində düşmən tərəfinin hərbi rəhbərliyinin naşı, qorxaq və təslimçi olduqlarını təsdiq edən yüzlərlə faktlar mövcuddur. Erməni komandirlərinin öz əsgərlərini atıb-qaçmalarından tutmuş düşmən ordusunun pərakəndəliyinə qədər bir sıra dəlillər bu gün də qalmaqdadır. Əbəs deyil ki, bu gün Ermənistanın hərbi məhkəmələrində bir çox hərbi rütbəli komandirlər istintaqa cəlb edilir, onlar həbs olunurlar. Hətta vəziyyət o həddə qədər gəlib-çatıb ki, hərbi texnikaları, silah-sursatları döyüş yerlərində ataraq fərarilik etmiş əsgərlər - halbuki onların sayı 10 mindən çoxdur və əfv olunurlar, çünki həbsxanaların bu qədər məhkumu saxlamağa nə yeri, nə də dövlətin bunun üçün gücü yoxdur.

O da maraqlıdır ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edərkən, düşmən ölkənin müdafiə nazirliyi, habelə KİV-ləri “döyüşkən erməni ordusunun azərbaycanlı əsgərləri məhv etmələri” ətrafında nağıllar quraşdırır, özlərinə xas olan əfsanələr düzüb-qoşurdular. Erməni rəsmiləri brifinqlərdə və s. tədbirlərdə az qala “döyüş ruhlu” qoşunlarının Kürə çatdığını, istiqamətlərinin isə Bakı olduğunu iddia edirdilər. İndi isə artıq belə deyil və hətta Ermənistanın özündə Azərbaycanın qəti qələbəsini etiraf, məğlubiyyətlərinin acısını dadmaqda davam edirlər.

Öldürülmüş əsgərlərin valideynləri “dqr”in saxta “müdafiə naziri” Cəlal Arutyunyanı, artilleriya korpusunun rəisi Gennadi Baqdasaryanı və artilleriya qərargahının rəisi Gevorq Gevorqyanı ittiham edirlər

Bugünlərdə İrəvan məhkəməsi Azərbaycanın xüsusi təyinatlı qüvvələri tərəfindən tamamilə məhv edilən “Qarabağın müdafiə ordusuunn diviziyanın işi ilə bağlı iş açıb. Qeyd edək ki, xüsusi təyinatlılarımız məhz bu diviziyanı Füzuli və Hadrutdan qovub-çıxarmış, sonra isə sözün əsl mənasında, yer üzündən silmişdi. Məhkəmənin keçirilməsinə daha bir səbəb isə bu diviziyada hərbi xidmət keçən və öldürülən erməni əsgərlərinin valideynlərinin kollektiv iddia qaldırmaları olub. Onlar öz övladlarının ölümlərinin baiskarları kimi savadsız komandirləri, həmçinin qondarma “dqr”in saxta “müdafiə naziri” Cəlal Arutyunyanın, artilleriya korpusunun rəisi Gennadi Baqdasaryanın və artilleriya qərargahının rəisi Gevorq Gevorqyanın qorxaqlıqlarını göstərirlər.

Beləliklə, ittiham olunanların və şahidlərin göstərişləri 2020-ci ilin 12 oktyabrında baş vermiş mənzərəni təsvir etməyə imkan verir. Məhz həmin gün bizim xüsusi təyinatlılar Füzuludə Gevorqyanın diviziyasını məhv etmişdilər.

Oktyabrın 12-də döyüş mövqelərindən bir kilometr aralıda yerləşən diviziyanın müşahidə məntəqəsindən məlumat verilir ki, onların istiqamətində silahlı qrup hərəkət edir və bu barədə artilleriyanıhn rəisi Baqdasaryana informasiya çatdırılır. O isə öz növbəsində postları tərk etməyi və sursatları maşına yükləyərək geriyə çəkilməyi əmr edib. Elə həmin andaca baş komandanlıqdan əmr gəlir ki, atəş açılmasın: “onlar bizimkilərdirlər, atəş açmayın!” (Halbuki, Baqdasaryanın ifadə verdiyi stenoqramından da görünür ki, onlar atəş açmaq fikrində deyildilər, əksinə, geriyə çəkilməyə hazırlaşırdılar).

Düşmən XTQ-nin bölük komandiri Camal İsmayılovun tələsinə necə düşüblər?

Sonradan isə agah olub ki, ermənilər Azərbaycan xüsusi təyinatlılarının giziri Camal İsmayılovun (Camal İsmayılov – xüsusi təyinatlı bölüyünün komandiri sonrakı döyüşlərdə qəhrəmancasına şəhid olub və ölümündən sonra Vətən müharibəsi medalı ilə təlktif edilib) taktiki tələsinə düşüblər. İsmayılovun döyüşçüləri davamlı olaraq düşmənin rabitəsinə qoşulur və onları erməni dilində çaşdırırdılar. Görünür, ona görə düşmən tərəfi xüsusi təyinatlılarımızı “özlərinki” biliblər.

Məhz həmin andan müşahidə məntəqəsində izləmə dayandırılıb və yaxınlaşan qrup artıq düşmənin sinəsinə çökmək üzrə idi. Bəs bütöv bir diviziyanın tamamilə məhvinə səbəb olmuş əmri kim verib?

Öldürülən əsgərlərin valideynləri ilə söhbəti zamanı polkovnik Baqdasaryan deyib ki, yaxınlaşan qrupa atəş açmamaq və geriyə çəkilmək əmrini şəxsən Cəlal Arutyunyan verib. Maraqlıdır ki, döyüşlər vaxtı ağır yaralanaraq uzun müddət müalicə keçən Cəlal Arutyunyan belə bir məri vermədiyini iddia edir. “Mən sadəcə dedim ki, onlar bizimkilər ola bilərlər”, deyə o bildirib.

İstefada olan erməni polkovniki: “Gevorq Gevorqyan öz maşını ilə ərazini tərk edib, halbuki maşını boş idi və ən azından beş-altı əsgəri də özü ilə birlikdə xilas edə bilərdi”

Əlbəttə ki, öldürülən əsgərlərin valideynləri artıq birmənalı olaraq bildiriblər ki, ya Baqdasaryan yalan danışır, ya da Arutyunyan özünə haqq qazandırmağa çalışır. Lakin yenidən qayıdaq 12 oktyabr 2020-ci il olayına. Həmin gün erməni əsgəri üçün faciəvi olaraq inkişaf edirdi və bu barədə mətbuat konfransında istefada olan polkovnik, öldürülən əsgərlərdən birinin valideyni Armen Asiryan danışıb.

“Azərbaycan xüsusi təyinatlılarının avanqardı əvvəlcə müşahidə məntəqəsini məhv edib, sonra oradan diviziyanın atəş mövqelərini susdurub, daha sonra isə canlı qüvvəni məhv edib”, deyən Asiryan iddia edib ki, məhz bu situasiyadan sonra döyüş meydanını ilk olaraq diviziyaqərargahının rəisi Gevorq Gevorqyan ataraq qaçıb. Asiryanın sözlərinə görə, o öz maşını ilə ərazini tərk edib, halbuki maşını boş idi və ən azından beş-altı əsgəri də özü ilə birlikdə xilas edə bilərdi.

“Həmin Gevorqyan düşmənin hücumuna qədər mərmiləri və digər hərbi sursatları yük maşını ilə ön xəttə çatdırılması əmrini vermişdi, onları daşıyanlar isə azərbaycanlı qumbaraatanlar üçün əla hədəfə çevrilmişdilər”, deyə o əlavə edib.

Asiryan birmənalı olaraq “artsax ordusunu” və onun “komandanlığını” əsgər və zabitlərin kütləvi ölümündə ittiham edir: “Diviziya Füzuli ətrafındakı mövqelərə çəkilmək əmrini alarkən bir çox zabitlər anlayırdılar ki, onları aşkar ölümə göndərirlər. Hadrutun müdafiə xətti artıq yarılmışdı, düşmənin diversiya qrupu orada nə istəyirdilərsə onu da edirdilər, ora azərbaycanlılar üçün artıq rahat keçilən küçəyə çevrilmişdi, əsgər və zabitlərə isə yalanlarla inandırmağa çalışırdılar ki, qələbə onlarladır, guya bir həftə də keçəndən sonra düşmən tamamilə məhv ediləcək... Azərbaycanlılar artıq Füzuliyə sahiblik edirdilər, biz isə ön xəttə bir neçə batalyonları saxlamaqda davam edirdik. Nəyə xatir? Niyə onlara vaxtında geriyə çəkilməyə imkan vermədilər, nəyə görə özümüzünkülər onların ölüm fərmanlarını yazdılar?!..”

“Diviziyada hərbi düzən, intizam mövcud olsaydı, komandirlər mövqeləri tərk etmək üçün imkan taparaq bizim oğlanlarımızın həyatlarını xilas edə bilərdilər”

Asiryanın sözlərinə görə, “Füzulidəki ət maşınına” görə ilk növbədə Cəlal Arutyunyanı mühakimə etmək lazımdır: “Mən Baqdasaryana inanıram”, deyən ölən əsgərin atası əlavə edib ki, diviziyada hərbi düzən, intizam mövcud olsaydı və bilinsəydi ki, yaxınlaşan bizimkilər deyil düşmənin əla hazırlıqlı xüsusi təyinatlı qüvvələridir, onda komandirlər mövqeləri tərk etmək üçün imkan taparaq bizim oğlanlarımızın həyatlarını xilas edə bilərdilər”.

Beləliklə, Ermənistandakı məhkəmələr bənzər hadisələrlə nəticələnmiş onlarla işlərə baxırlar, onlarla komandirlər, yüksək rütbəli zabitlər əsgər ölümlərinə, fərariliklərə səbəb olunmaqda ittiham edilməkdədirlər.

Və bu gün - bütün bu kimi yüzlərlə faktlardan sonra Ermənistandakı revanşçıların yenidən baş qaldırmaq cəhdləri yalnız bir reallqla nəticələnə bilər: onsiz da məhv olmuş Ermənistan ordusunun birdəfəlik yer üzündən silinməsi, eləcə də ölkənin xəritədən yox olması ilə...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə