Qarabağ ermənilərinə niyə status verilmir? National Interest-dən 10 səbəb

Amerikanın National Interest nəşri Azərbaycanın Qarabağda yaşayan ermənilərə hansı səbəblərə görə xüsusi status verməməsinin izahını dərc edib. SİA həmin məqalədən bəzi çıxarışları göstərilən dəlillərlə təqdim edir:

1. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) ermənilərin separatçı hərəkatının baş qaldırması. Azərbaycanlı analitiklər bunu “miatsum” – Ermənistanla birləşmək adlandırırlar.

2. Sovet hakimiyyəti 1923-cü ildə muxtariyyət hüququnu yalnız ermənilərə deyil, eyni zamanda regionda yaşayan bütün xalqlara təqdim edib. Lakin 1988-ci ilin 20 fevralında ermənilər azərbaycanlıların iştirakı olmadan keçmiş DQMV-nin milli şurasının iclasında regiona verilmiş statusdan sui-istifadə edərək onun işğalı barədə qərar qəbul ediblər. Bu isə həm Azərbaycanın, həm də Sovet İttifaqının Konstitusiyasına zidd idi.

3. Bakı 1991-ci ilə qədər Qarabağda yaşayan ermənilərin tələblərinə qarşı səbrli davranırdı və mövcud məsələni tənzimləmək üçün hərtərəfli cəhdlər göstərirdi. Lakin Ermənistan SSR-nin parlamenti 1989-cu ilin 1 dekabrında DQMV-nin Ermənistan SSR-yə birləşdirilməsi haqqında qeyri-qanuni qərar verdi.

4. Ermənilərin iddialarına rəğmən, Sovet İttifaqının Konstitusiyasına görə muxtar regionların müqəddəratlarını təyinetmə hüquqları olmayıb və bu hüquq yalnız 15 respublikaya verilmişdi.

5. Beynəlxalq hüquq Azərbaycanda yaşayan ermənilərə öz müqəddəratlarını təyin etmək hüququnu vermir, ona görə ki, Azərbaycanda yaşayan ermənilərin “xalq” statusları mövcud deyil.

6. Sovet dönəmində ermənilərin qəbul etdikləri sui-istifadəçi qərarları iki müharibəyə və minlərlə insanların həlak olmalarına gətirib-çıxardı.

7. 1994-cü ildə tərəflər arasında atəşkəs sənədi imzalandı. Bunun ardınca davam edən diplomatik müzakirələrdə Azərbaycan status təklifləri irəli sürürdü, lakin erməni tərəfi onları rədd edirdi, nəticədə 2020-ci ildə baş vermiş müharibə regionun geosiyasi reallığını dəyişdi.

8. Son məlumatlara görə, İlham Əliyevin vurğuladığı kimi, regionda 20-25 min erməni yaşayır və bu da Azərbaycan əhalisinin 0,2%-ni təşkil edir.

9. Nəinki Azərbaycanda yaşayan ermənilərə, eləcə də qonşu dövlətlərdə yaşayanlara da status təqdim olunmayıb.

10. Azərbaycanda yaşayan ermənilərə xüsusi status verilməsinin tərəfdarlarının məqsədi problemi həll etmək deyil, gələcəkdə bu məsələyə müdaxilə etmək imkanı yaratmaqdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə