"Sabah görüşürük" ROBERT KOÇARYAN

"Sabah görüşürük"... SİA Ermənistana məxsus armanianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz Facebook səhifəsində yazıb.
Qeyd olunur ki, qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətini bəyan edən və bu niyyətlə vahid blok şəklində birləşən "Daşnaqsütyun" və "Dirçələn Ermənistan" partiyaları 9 may tarixində saat 16: 00-da Azadlıq Meydanına dəvət edilib. Bildirilir ki, bu meydan onların ilk mitinqinin keçiriləcəyi yerdir.
Həmçinin məlumatda diqqətə çatdırılır ki, Robert Koçaryan Azadlıq Meydanında çıxış edəcək.
Mitinqdən əvvəl də siyasi əməkdaşlığın başlanmasına həsr olunmuş tədbir keçiriləcəyi vurğulanır.
Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri, eləcə baş nazir seçkisi keçiriləcək. Hazırda buna görə siyasi qüvvələr hakimiyyətə can atır və bu məqsədlə müəyyən tədbirlər keçirməyə çalışırlar. Xüsusilə, Ermənistanın ikinci prezidenti Koçaryan yenidən hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir və bunu da güzlətmir. Heç şübhəsiz ki, seçki yaxınlaşdıqca erməni cəmiyyətində daha böyük təlatümlərin, qarmaqarşıqlıqların bütün dünya şahidi ola biləcək. Çünki bundan sonra siyasi qüvvələrin toqquşmaları qaçılmazdır və nəzərə alsaq ki, onlar bir-birini qəbul etmirlər, hər biri hakimiyyəti özü ələ keçirmək niyyətindədir, deməli, daha böyük etiraz dalğası bu ölkəyə sürətlə yaxınlaşır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə