“Prezident İlham Əliyev zəfər yürüşünün bayraqdarıdır”

Bu mövzuda YAP Samux rayon təşkilatında videokonfrans keçirilib

Aprelin 23-də YAP Samux rayon təşkilatında Vətən müharibəsində qazanılan qələbəyə həsr edilmiş “Prezident İlham Əliyev zəfər yürüşünün bayraqdarıdır” mövzusunda videokonfrans keçirilib. Tədbirdə YAP Samux rayon təşkilatı ərazi ilk partiya təşklat sədrləri iştirak edib.Öncə Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq bildirib ki, Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 18 il ərzində iqtisadi, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi xalqımızın dövlətimizin başçısı və ordumuzla həmrəyliyinin bariz nəticəsidir. G. Bayramov Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini, Ali Baş Komandan İlham Əliyevin tarixdə qalib Prezident kimi qalacağını ifadə edib. Sonra tədbirdə ərazi ilk partiya təşkilat sədrləri Şəmistan Yusifov, Gülsəba Abbasova, Fidayıl Əliyev, Namiq Cəfərov, Şəlalə Tağıyeva, Ağca Atai çıxış edərək vurğulayıblar ki, Azərbaycanın tarixi qələbəsinin şəksiz və şəriksiz qəhrəmanı Cənab Ali Baş Komandandır! Cənab Prezident bu 44 gündə həm hərbi, həm siyasi, həm diplomatik, həm informasiya, həm təbliğat cəbhəsində mübarizə apardı, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. Həmişə də inamlı danışdı, cəsarətli danışdı, bir dəfə də olsun təmkinini pozmadı, yüksək intellekt, dərin bilik və diplomatik peşəkarlıq nümayiş etdirdi. Azərbaycanı bir daha dünyaya tanıtdı, hər kəsə də öz yerini göstərdi. Cənab Prezidentin qələbə müjdəli çıxışları xalqı və ordunu ruhlandırdı, inamını artırdı, birliyini möhkəmləndirdi. Daha sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs etdilər.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...