Azərbaycanla Türkmənistan arasında Memorandum imzalanıb

Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

SİA-nın məlumatına görə, görüş zamanı “Dostluq” yatağının birgə işlənməsinə dair Memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...