Azərbaycan və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Oktyabrın 29-da Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

SİA Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən bildirir ki, telefon söhbəti zamanı nazir Ceyhun Bayramov həmkarına Türkiyə Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb, qardaş Türkiyəyə davamlı sülh, əmin-amanlıq və firavanlıq arzulayıb.

Nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan tərəfindən azərbaycanlı mülki şəxslərin xaincəsinə hədəfə alınması və dinc insanlara qarşı növbəti müharibə cinayətlərinin törədilməsinin qəbuledilməz olduğu, bu cinayətlərə görə cavabdeh şəxslərin ədalət məhkəməsi qarşısında cavab verməsinin zəruriliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...