Küveytin “Əl-Ənbə” qəzetində Gəncənin atəşinə tutulması bağlı məlumatlar dərc olunub

Bildiririk ki, 2020-ci il oktyabrın 17-də Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması ilə əlaqədar Küveytin "Dasmannews" onlayn xəbərlər portalında 17 oktyabr tarixində və Küveytdə "Əl-Ənbə" qəzetinin 18 oktyabr tarixli buraxılışında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatı, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Füzuli şəhərinin və bir neçə kəndin işğaldan azad olunması ilə bağlı xalqa təbriki barədə məlumat nəşr edilib.

Azərbaycanın Küveytdəki Səfirliyindən SİA-ya verilən məlumata görə, "Dasmannews" portalında bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı dərc olunub:

"2020-ci il Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistan Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutub. Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub; 12 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 40 dan çox insan ciddi yaralanıb.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı olan bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycan mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınayırıq və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyi tələb edirik.

Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir"

https://dasmannews.com/2020/10/17/%D8%A8%D9%8A%D8%A7%D9%86-%D9%88%D8%B2%D8%A7%D8%B1%D8%A9-%D8%A7%D9%84%D8%AE%D8%A7%D8%B1%D8%AC%D9%8A%D8%A9-%D9%81%D9%8A-%D8%AC%D9%85%D9%87%D9%88%D8%B1%D9%8A%D8%A9-%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC/

"Əl-Ənbə" qəzetində də Gəncədə baş vermiş hadisələr məlumat verilib:

Əl-Ənbə :17.10.2020

Azərbaycanda 12 mülki vətəndaşın ölümünə səbəb olan təcavüzdən sonra Dağlıq Qarabağ münaqişəsində yeni bir gərginlik.

Şənbə günü Azərbaycanın ikinci şəhəri olan Gəncədə yaşayış məntəqəsini gecə hədəf alan raket hücumu nəticəsində 12 mülki şəxsin həyatını itirməsi, Azərbaycan və erməni separatçıları arasında Dağlıq Qarabağ münaqişənin gərginliyi daha da artdı.

https://www.alanba.com.kw/ar/world-news/999491/17-10-2020

Əl-Ənbə :18.10.2020

Azərbaycan Ermənistanın mülki insanları bombalamasını pisləyir: Beynəlxalq hüququn kobud şəkildə pozulduğunu bildirir..

Azərbaycanlılar və erməni separatçıları arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişənin gərgin olduğu bir vaxtda dünən gecə ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərinin sakinlərini hədəf alan bombalı hücumda 12 mülki şəxsin öldürülməsinə görə Azərbaycan "intiqam alacağına" söz verdi.

Azərbaycan Xarici İşlər Nazirliyi cəbhə xəttindən kilometrlərlə uzaqda olan ölkənin ikinci böyük şəhəri Gəncə şəhərin üçüncü dəfə bombalanmasını qınayaraq verdiyi Bəyanatda, dünən sübh saatlarında Ermənistanın Gəncə şəhərini ballistik raketlərlə bombalaması nəticəsində ikisi uşaq olmaqla 12 nəfərin öldüyünü və 50-dən çox insanın yaralandığını bildirdi.

Bəyanatda bildirilir ki, Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır.

Azərbaycan Xarici İşlər Nazirliyi, Ermənistanın davamlı təcavüzünü və mülki insanlara qarşı vəhşicəsinə hücumlarını dayandırmalı və beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bu qeyri-insani hərəkətlərə göz yummamalı olduğunu vurğulamışdır.

Bəyanatda "Ermənistanın Azərbaycan mülki vətəndaşlarına qarşı başlatdığı bu iyrənc hücumları kəskin şəkildə qınayırıq və işğalçı dövləti müharibə cinayətlərinə son qoymağı tələb edirik" deyildi.

Bəyanatda əlavə edilir: Terroru dövlət siyasəti vasitəsinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq qərarı verdiklərinə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası bəyan edir ki, milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsi təmin ediləcəkdir.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev dünən çıxışında "Döyüş meydanında intiqam alacağıq" dedi. Separatçı düşmənləri "köpəklər", onları dəstəkləyən Ermənistanı isə "faşist" olaraq xarakterizə etdi.

Əliyev yeni ərazilərin, xüsusən də Füzuli şəhərinin işğaldan azad olnduğunu elan etdi və "Şəhər otuz ilə yaxındır ki, vəhşi heyvanlar tərəfindən işğal olunub" dedi.

https://www.alanba.com.kw/ar/arabic-international-news/999573/18-10-2020

Bütün xəbərlər Facebook səhifəmizdə