"Ermənistan tərəfinin sülhə məcbur olması qaçılmazdı" ÖZƏL-MÜNASİBƏT

"Ermənistan Xarici işlər naziri Zoqrab Mnatsakanyan Fransanın yerli TV kanalına verdiyi müsahibədə kompromisə hazır olduqlarını və ATƏT Minsk qrupu formatında danışıqların keçirilməsini və bunun Ermənistan üçün məqbul olduğunu qeyd etdi". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi Minsk qrupunun formatının onlar üçün məqbul hesab edirsə, demək, Azərbaycan üçün qeyri-məqbuldur: "Ona görə də hazırkı situasiya, hərbi əməliyyatların davam etməsi nə qədər davam edərsə, Azərbaycanın maraqlarına cavab verir. Qeyd edim ki, Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir. Həmsədrlər atəşkəsə nail olmaq və danışıqlari bərpa etməyə çalışırlar. Azərbaycan yalnız böyük bir əraziləri işğaldan azad edib, qarşı tərəfə vaxt verməklə, danişiqlari bərpa etməsi, növbəti mərhələdə mümkün ola bilər.

Bundan sonra, "Madrid prinsipləri"nə qayitmamalı, Azərbaycan öz şərtlərini masaya qoymalıdır. Hazırda isə. əməliyyatların davam etdirəcəyi gözlənilir. Ermənistan tərəfi Azərbaycanin tərkibində muxtariyyətlə razilasmayinca, intensiv döyüş əməliyyatları Xankəndi, Şuşaya kimi Azərbaycan tərəfi aparmaqda qərarlı olmalıdır.

Rusiya tərəfi Türkiyə ilə təmasdadır. Bu, Moskvanın Qarabağ məsələsində Türkiyə faktorunu qəbul etməsidir. Rusiya çalışır ki, Ankara ilə bu məsələdə ortaq mövqeyə gəlsin. Ankara yalnız rayonların işğaldan azad olunması fonunda Moksva ilə atəşkəs haqqında danışacaq. Hazırkı mərhələdə Bakı-Ankara tandemi heç bir şərti qəbul etməyəcək.

Qeyd edim ki, Rusiya Ermənistana siyasi dəstək verməsə də, hərbi dəstəyi davam edir. İran üzərindən yenidən silahların daşınması həyata keçirilir. İran və Rusiya regionda Ermənistanı qorumaq və ərazilərin işğaldan azad edilməsinə qarşı gizli hərbi dəstəyini davam etdirilir. İranın XİN açıqlaması bütövlükdə əvvəlki aylarda sözdə Azərbaycana dəstək fonunda tam əksinədir. Verilən bəyanatlar birbaşa işğalın davam etməsinə hesablanır. İşğalçı ölkəni qınamır.

Qeyd edim ki, İran, Azərbaycanda Türkiyə faktorunu və Qarabağın azadlığını regional təhdid kimi görür. Ona görə də Cəbrayılda körpü vasitəsilə işğalçıya lojistik dəstəyi Rusiyanın bilavasitə yardımı ilə reallaşdırır.

Azərbaycan ordusu Cəbrayılı işğaldan azad edərsə, bu dəstək kəsiləcək. Ermənistan tərəfinin sülhə məcbur olması qaçılmazdı.

Regionda geosiyasi vəziyyət mürəkkəbdir. ABŞ və Qərb dövlətlərindən verilən açıqlamalara baxdıqda bu, Azərbaycanin mənafeyinə uyğundur.

ABŞ-da Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını regional maraqlarina cavab verdiyinin qənaətindədir. Türkiyə faktorunun burada olması, NATO ABŞ maraqları çərçivəsində dəyərləndirmək lazımdır.
Ümumiyyətlə, geosiyasi vəziyyət Azərbaycan üçün əlverişli mühit yaradıb.

Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı neytrallağını qoruyur. Bundan əlavə, Ermənistan Tovuzda yeni təxribatlara əl atması, KTMT prosesə cəlb etməsi üçün yeni təxribatlara əl ata bilər. Amma, burada da KTMT münaqişəyə qarışmayacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə