Həbib Müntəzir və Qənimət Zahidin erməni maraqları FOTOLAR

Onların yalanlarının ömrü heç 40 gün də çəkmədi

Həbib Müntəziri və Qənimət Zahidin Azərbaycan dövlətinə və xalqına qarşı şəratma, riyakar fəaliyyətlərini ifşa edən daha bir fakt ortaya çıxıb. Məhz dezinformatorluq vasitəsi ilə feyk xəbərləri ictimai rəyə sırımağa cəhdlər göstərən bu iki ünsürün fəaliyyətləri o qədər çirkin və hiddətdoğurucudur ki, hətta onların özlərinin təmsil olunduqları düşərgə üzvləri belə, zaman-zaman həmin fəaliyyətlərin həddi aşdığını bildirirlər.

Lakin nəzərə alarsaq ki, bu iki fərdin istiqamətvericisi – AXCP sədri Əli Kərimli və “Milli Şura”dır, eyni zamanda, adıçəkilən partiya və siyasi qurum sifarişlərini erməni lobbisindən alır, bu zaman hər şey gün işığına çıxmış olur.

Fotolara nəzər salarkən və nəticələrə vararkən, növbəti gerçəkliklər üzə çıxır

Xatırladaq ki, onlar sosial şəbəkələrdə yaydıqları saxta fotolarla, guya Azərbaycanda polis tərəfindən saxlanılan şəxslərə işgəncə verilməsi görüntüsünü yaratmağa çalışırlar. Hələ bu da azmış kimi, Qənimət Zahid, hətta daha izafi riyakarlığa dalaraq bu fotoları guya Qarabağ yürüşü zamanı təxribatlar törətdikləri üçün saxlanılan cəbhəçilərlə əlaqələndirməkdən belə çəkinmədi.

Lakin fotolara nəzər salarkən və nəticələrə vararkən, növbəti gerçəkliklər üzə çıxır. Bu fotolara diqqət yetirdikdə məlum olur ki, orada olan şəxslərin geyimləri qalın, yəni qış geyimləridir. İndi isə ilin ən isti dövrüdür. Daha sonra fotolardan birində Azərbaycan bayrağının və DİN-in embleminin olmasına diqqət çəkmək istəyirlər. Bu məsələ ilə bağlı DİN-dən də açıqlama verilmişdi. Məhz həmin foto digər fotolarla müqayisədə bulanıqdır. Bunu adi gözlə diqqətlə baxdıqda da aydınlaşdırmaq mümkündür. Bu isə onu deməyə əsas verir ki, həmin bayraq və üzərində DİN-in emblemi olan suvenir görüntüsü xüsusi montaj proqramı ilə ora əlavə olunub. Bu cür işlərdə Qənimət Zahidin “yaxşı təcrübəsi” var. O “bigstockphoto.com” saytından fotonu götürüb emblemi silib-təmizləyib, bir cəbhəçinin fotosudur deyə təqdim edən adamdır.

Məlum fotoların ilk olaraq Almaniyada mühacirətdə olan Həbib Müntəzir tərəfindən yayılması da bu ehtimalları təsdiqləmiş olur

“İşgəncə” məsələsinə gəldikdə isə, Azərbaycanda bu kimi hallara heç bir vaxt rast gəlinməyib və saxlanılan şəxsə çılpaq vəziyyətdə işgəncə verilməsi, ümumiyyətlə absurddur. Heç şübhəsiz işgəncə məsələsi AXCP və "Milli Şura" tərəfindən “Amnesty İnternational” kimi QHT-lərin hesabatına düşmək və ianə almaq üçün uydurulub. Reallıqda isə işgəncə məsələsi Azərbaycan üçün tamamilə yaddır. Ancaq bu cür hallara bir sıra xarici ölkələrdə Rusiya, ABŞ, Yunanıstan, Almaniya kimi ölkələrin təcrübəsində rast gəlinir və internetdə bunları təsdiq edəcək kifayət qədər materiallar da var. Statusa əlavə edilən şəkillər də bu ehtimalları təsdiq edir. Məsələn, elə də uzağa getməyərək, amerikalı hərbçilərin İraqda keçirdikləri anti-terror əməliyyatıarı zamanı saxladıqları insanlara qarşı işgəncə metodlarını əks etdirən onlarla fotolar, videolar mövcuddur.

Eləcə də, bu çərçivədə yanaşma edərsək, “google” vasitəsilə axtarış edəndə ortaya digər faktlar çıxır ki, Almaniyaya xarici ölkələrdən gələn və mühacir kimi kamplarda yaşayan şəxslərə qarşı bu formada işgəncələr verilir. Məlum fotoların ilk olaraq Almaniyada mühacirətdə olan Həbib Müntəzir tərəfindən yayılması da bu ehtimalları təsdiqləmiş olur.

Beləliklə, bir daha sübut edilir ki, əslində, bu kimi addımların arxasında əsl düşmənçilik maraqları dayanır və bu maraqların erməni maraqları ilə heç bir fərqi yoxdur.

Rövşən RƏSULOV

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə