Prezident köməkçisi: Bu məsələdə müraciət edə biləcəyimiz bir dünya təcrübəsi yoxdur

"Koronavirus pandemiyası bir çox sahələrə təsir etdi. Artıq ciddi karantinin 2-ci həftəsi tamamlanıb. Rəqəmlər hələ də yüksək səviyyətə qalıb". SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Karantin rejiminin sərt olması ona riayət olunmasından asılıdır. Qaydalar yalnız kağız üzərində qalmamalı, real həyatda bu qaydalara riayət edilməlidir. Bir cəmiyyət kimi böyük təhlükə ilə üzləşmişik. Bu problem bütün dünyada tüğyan edir. Bu infeksiyaya qalib gəlmək üçün cəmiyyətimiz səfərbər və həmrəy olmalıdır. Bu problem ümumxalq problemidir. Əslində 3 əsas amilə riayət erməklə, maska taxmaq, sosial məsafəni saxlamaq və gigiyenik qaydalara riayət etməklə qarşısını ala bilərik. Marketlərdə, ictimai nəqliyyətda və s. qapalı yerlərdə sıxlıqla qarşılaşırlar. Əgər burada kimsə maskadan istifadə etmirsə digər vətəndaşlar onu tənbeh etməlidir. Maskadan istifadəyə çağırmalıdır. Hazırda unikal vəziyyətdəyik ki, bununla bağlı dünya təcrübəsi yoxdur. Dünya özü bu məsələ ilə bağlı axtarışdadır. Bu məsələdə müraciət edə biləcəyimiz bir dünya təcrübəsi yoxdur. Hazırda bu zəncirvari yoluxmanın qırılması üçün hamı eyni tələblərə riayət etməlidir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə