17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətirilir

Bu gün 17 nəfər Azərbaycan vətəndaşı təyyarə ilə Hindistandan Tiflisə gəlir. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, hazırda həmin təyyarə Tiflisə enməlidir: "Ondan sonra həmin vətəndaşlar Azərbaycanın Gürcüstandakı səfirliyinin bilavasitə əlaqələndirməsi ilə Tiflisdən Azərbaycana avtobusla gələcəklər.

Bizim vətəndaşlarımız Hindistanda idi, onların geri qaytarılması məsələlərini biz aidiyyəti üzrə nəzərdən keçirirdik və indiki mərhələdə Hindistan Hava Yollarının təyyarəsi Tiflisə uçduğu üçün bu reys ilə 17 vətəndaşımız Tiflisə və oradan da Azərbaycana gələcək".

Bütün xəbərlər Facebook səhifəmizdə