“Qondarma qurumun keçirdiyi "seçkilər"ə münasibət belə də olmalı idi” ÖZƏL-MÜNASİBƏT

"Əvvəla, 31 mart Dağlıq Qarabağdakı, o qondarma qurumdakı saxta seçkilərlə bağlı baş verənlər özü artıq müəyyən bir nəticədir, müəyyən bir əlamətdir". Bunu SİA-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, bununla ermənilər daha da hörmətdən düşüblər, ermənilərin beynəlxalq aləmdə sözü keçmir, ermənilərin dediyi fikirlər ciddi qəbul olunmur, eləcə də ermənilər müxtəlif istiqamətlərdə, həm tutaq ki, Avropa istiqamətində, həm də Rusiya istiqamətində apardıqları o saxta, yalançı oyunlar, rusdan alıb amerikalıya vermək, amerikalıdan alıb avropalıya vermək kimi oyunları artıq faş olub.

“Beynəlxalq aləm artıq ermənilərə inanmır. Ona görə də qondarma qurumun keçirdiyi "seçkilər"ə münasibət belə də olmalı idi. Beynəlxalq aləmin son münasibəti özü artıq müəyyən bir nəticədir. Əvvəlki seçkilərdən fərqli olaraq orada heç kəs müşahidə missiyası qurmadı, əksinə, mən sizə deyim ki, hətta ATƏT-in monitorinq missiyası yeri gəlsə qala bilərdi orada. Amma qalmadı, o da getdi. Qalıb nə isə nümayişkəranə düzüb qoşardı, amma ermənilərə ertiraz olaraq, erməni davranışına etiraz olaraq onlar regionu tərk etdilər. Adını da qoydular koronavirusdur. Koronavirus Donbasda da var, koronavirus Dnestryanı bölgələrdə də var, hər yerdə var koronavirus. MDB ərazisindəki bütün münaqişəli bölgələrdə də var koronavirus. Amma bunlar ancaq Dağlıq Qarabağa, yəni Azərbaycanın işğal olunmuş ərazilərini tərk elədilər. Eləcə də mən düşünürəm ki, artım təkcə tanımayan bəyanatların sayında deyil, həm də keyfiyyət dəyişikliyindədir. Mələsən, ATƏT-in Minsk Qrupu Həmsədrləri açıq şəkildə bildirdilər ki, Dağlıq Qarabağın taleyi əhali tərəfindən müəyyən olunacaq və bu zaman 2019-cu ilin 9 mart bəyənatına söykəndilər. Orada da aşkar göstərilir ki, Dağlıq Qarabağın əhalisi müəyyən etməlidir bunu. Dağlıq Qarabağın əhalisi deyəndə də yəni Dağlıq Qarabağ azərbaycanlıları oraya qayıtdıqdan sonra, Dağlıq Qarabağ erməniləri və azərbaycanlıları birgə yaşamalıdır, bir-birini tanımalıdır, birgə yaşayış üçün mexanizmlər qurmalıdırlar və sonra seçki keçirə bilərlər birlikdə. Yəni, o cür müəyyən olunan status hüquqi gücə malik olan status olacaq. Bizim Xarici İşlər Nazirliyinin də son bəyənatı məhz elə o istiqamətdə idi. Amma mən sizə tam səmimi deyim ki, Avropa İttifaqının bəyənatı, yeri gəlsə ATƏT-in Minsk Qrupunun bəyənatından daha artıq anti-erməni idi. Yəni, Azərbaycanpərəst idi. Orada açıq-aşkar deyilir ki, Avropa ittifaqı statusdan kənara çıxan, yəni status kvonu pozan istənilən dəyişikliyi dəstəkləyir. Yəni, Avropa İttifaqı üçün vacib məsələ odur ki, status kva dəyişilməlidir və yeri gəlsə bu dəqiqə dəyişilməlidir. Ona görə bütün bunlar hamısı faktdır. Amma ədalət naminə bunlar hamısı, yəni yuxarıda sadaladığım hamısı nəticədir. Yəni bütün bu görülən işlər əgər Azərbaycan rəhbərliyini əlini-qolunu bağlayıb yerində otursaydı təbii ki, mümkün deyildi. Bütün bu işlərin hamısında Azərbaycan hökumətinin bizim rəsmilərin, həm şəxsən cənab Prezidentin özünün, Prezident Adminstrasiyasının, Xarici İşlər Nazirliyinin uzun müddətli gördüyü işlərdir ki, yəni gətirib belə nəticəyə çıxarıb. Amma mən sizə tam əminliklə də deyə bilərəm ki, bu sadəcə yolun bir hissəsidir, yəni başlanmış prosesin bir hissəsidir. Yaxın vaxtlarda daha ciddi məsələlərlə rastlaşacayıq. Sizə deyim ki, dünən Paşinyana Ermənistanda keçirdiyi o konfransda artıq iki dəfə sual verildi ki, niyə Gürcüstana müraciət eləmirsən yardım üçün. Yəni, Ermənistanda vəziyyət getdikcə pisləşir yollar bağlıdır, heç nə gəlmir, qazın qiyməti Ermənistanda hal-hazırda ciddi nigarançılıq yaradır. Ermənistan mətbuatının yaydığı məlumatlara görə, Ermənistanda ərzaq qıtlığı başlayıb. Rusiyadan taxıl almaq, gətirmək müşkülə çevrilib. Eyni fikirləri Dağlıq Qarabağ haqqında da fikirləşmək lazımdır. Yəni, 5 günə, 10 günə Ermənistanda baş verənlər heç şübhəsiz ki, Dağlıq Qarabağdadır və o problemlər Dağlıq Qarabağda da yaranır. Ona görə, orada qondarma seçkilər olsa da daxildə ciddi, belə demək mümkünsə, gərginliklə müşaiyət olunur. Yəni mən əminəm ki, Azərbaycanın diplomatiyası və Azərbaycanın ordusu bu başlanan işi axıra qədər nəticələndirəcək. Indi ermənilər Azərbaycana qarşı, şəxsən qondarma qurumdakı bu seçki dövründə çalışdılar ki, dövlət sərhəddində gərginlik yaratsınlar. Hal-hazırda da indi təxribatla məşğuldular. Göründüyü kimi Ermənistanda beşinci ordu təlim atışları keçirdi. Ermənistanın beşinci ordusu Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan hissəsindədir. Söz yox ki, ona cavab olaraq bizim Naxçıvandakı əlayiddə korpusumuz da təlim atışları keçirdi. Ondan da bir az qabaq Qazax-Ağstafa istiqamətində gərginlik yaradırdılar. Qısası, ermənilər hiss edirlər ki, onlar nə isə itirəcəklər. Ola bilər Ermənistan-Gürcüstan avtomobil yoluna nəzarəti itirsinlər, yaxus naxçıvan istiqamətində nə isə itirsinlər. Bunu hiss edirlər və guya hazırlaşırlar ki, bunu itirməsinlər. Amma mən elə başa düşürəm Azərbaycan diplomatiyası və Azərbaycan ordusu başlanmış prosesləri lazımi qaydada başa çatdıracaq”, deyə politoloq Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə