AXCP-Müsavat: tarixə söykənən düşmənçilik TƏRS BAXIŞ

Yaxud, xəyanət burulğanında çabalayan anti-xalq partiyaları

Artıq kifayət qədər sübutlar və faktlar mövcuddur ki, özlərini müxalifət partiyaları adlandıran AXCP və Müsavat adlı siyasi təşkilatlar heç vaxt bir-birlərini həzm edə bilməyiblər. Məhz bu həzmsizliklər, qəbuledizlməzliklər sindromu bu günün özündə də davam edir. Hətta hər iki partiya demək olar ki. Son dövrlərini yaşamalarına rəğmən. Bir-birlərini hakimiyyətə işləməkdə, iqtidarla əlbir olmaqda suçlayan cəbhəçilərlə müsavatçılar onu da unudurlar ki, tərəflər bir-birlərini ittiham edərkən, əsas reallığı unudurlar – onlar və partiyaların “liderləri” anti-xalqçılıqla məşğuldurlar. Daha dəqiq desək, yarandıqları dövrlərdən hazırkı vaxtlara qədər anti-dövlətçilik maraqlarına kökləniblər. Ölkədə baş verən istənilən uğur və nailiyyətlərə kölgə salmağa cəhdlər göstərən, zaman-zaman sabitliyə qarşı düşmən mövqeyi sərgiləyən həmin partiyalar bir-birləri ilə düşmən olduqlarını da əlbəttə ki, unutmurlar.

“Oxu-oxuma” ziddiyyətinə dönüşən həmin məqam müasir dövrümüzdə cəbhəçi və müsavatçı “bəylər” arasında davam etdirilməkdədir

Yeri gəlmişkən, artıq növbəti parlament seçkiləri yaxınlaşır və bu seçkilər dağıdıcı düşərgədə növbəti dava-dalaşlara, qarşıdurmalara səbəb olmaqdadır. Bu qarşıdurmaların təməlində dayanan daha bir amil isə Müsavatın ictmai-siyasi olaya qatılması, AXCP-nin isə, həmin olaydan kənarda qalmaq “taktikasına” üstünlük verməsidir. Dahi Üzeyir Hacıbəyovun “Arşın mal alan” komediyasındakı “Oxu-oxuma” ziddiyyətinə dönüşən həmin məqam müasir dövrümüzdə cəbhəçi və müsavatçı “bəylər” arasında davam etdirilməkdədir. Yəni Əli Kərimli Arif Hacılıya deyir ki, biz seçkiləri “boykot” etmişiksə, siz niyə seçkilrə qatılmaq qərarını vermisiniz..?

Əlbəttə, hansı siyasi cinahda təmsilçiliyindən asılı olmayaraq, seçkilərə qatılıb, fəallıq göstərmək müsbət məsələdir. Misal üçün, əgər Ə.Kərimli AXCP sədri və “Milli Şura”nın dirijoru olaraq “boykot” qərarını versə də, həmin qərarın nəyə əsaslsnndırıldığını hələ də müfəssəl şəkildə açıqlamağı bacarmayıb. Sadəcə, məqsəd budur ki, dövlətin mənafeyinə qarşı əks addım atılsın, vəssəlam! Müsavatçılar da əslində az aşın duzu deyillər. Yəni vaxtilə onlar da cəbhəçilərin qatıldıqları seçkilərdən imtina edib, həmin imtinalarını əsaslandırmağı bacarmayıblar. Bir sözlə, əgər AXCP bir addımı atırsa, Müsavat mütləq əks addım atır. Bütün bunların kökündə isə dayanan daha bir faktor bu partiyaların təmsilçilərinin özlərinə inamlarının olmamasıdır.

Əslində belə də gözlənilirdi...

Sirr deyil ki, bu partiyalar zaman-zaman çoxsaylı birlik və koalisiyalarda da qısamüddətli təmsil olunublar, lakin həmin təmsilçiliklər də sözün əsl mənasında şillə-təpik, yumruq-kəllə münaqişələri ilə başa çatdırılıb. Hətta bir zamanlar “nəhəng partiya” adı altında AXCP və Müsavat partiyalarının birləşmək ideyası da önə sürülmüşdü. Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin Əli Kərimli ilə anlaşması isə əlbəttə ki, yarı yolda qaldı. Yəni bu da baş tutmadı və tərəflər yenidən barışmaz düşmənlərə çevrildilər. Əslində belə də gözlənilirdi və əlbəttə ki, həmin vaxt verilən proqnozlar özünü kifayət qədər doğrultdu.

AXCP və Müsavatın belə bir vəziyyətə mübtəla olmalarının köklü səbəblərindən daha biri isə, elektoratsızlıq və sosial bazasızlıq gerçəkliiyidir. Bu gün elə siyasi müxalifət partiyaları var ki, onların elektoratları az olsa belə, ölkənin siyasi günndəmində müəyyən sözlərini, ideyalarını deyə bilirlər. Nə qədər maraqlı görünsə də, həmin partiyaların əksəriyyətində keçmiş cəbhəçilərə, keçmiş müsavatçılar yer alırlar. Bax, bu faktor da sübut edir ki, “liderlərinin” xəyanətlərinə, şəxsi mənafeləri uğrunda apardıqları savaşlarına bad olan keçmiş AXCP və Müsavat üzvləri elə üzüsulu şəkildə təmsil olunduqları partiyalarının qapılarını çöldən çırparaq, davanlarına tüpürüb, digər partiyalara doğru estafet alıblar.

Beləliklə, qarşıdan gələn parlament seçkiləri bu partiyalar arasındakı dərin uçurumu daha da dərinləşdirdi. Əgər sabah qaragüruhçular düşərgəsində yeni səs-küylər çıxacaqsa, həmin səbəblərdən birinin də seçkilərə qatılıb-qatılamamaq davası olacaq. Daha doğrusu, müsavatçıların xalq arasındakı mənfi rəyləri onların bəri başdan uduzacaqları anonsunu verir. Uduzduqdan sonra isə, AXCP sədri Ə.Kərimli Müsavatçıların başqanı A.Hacılıya deyəcək: “Gördün? Gərək sən də mənim kimi seçkiləri “boykot” edərdin” və s. Daha etiraf olunmayacaq ki, cəbhəçilərlə müsavatçılar seçkilərə qatılsalar nə olacaq, qatılmasalar nə olacaq...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...