“Şuşada alovlanan Novruz tonqalının istisi bu gün Xocəvəndə nur saçır” - ŞƏRH EDİLDİ

“44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasından sonra ermənilərin dağıdaraq viran qoyduğu ərzilərin yenidən qurulması və bərpasına dərhal başlanıldı. 20 sentyabr 2023-cü ildə Qarabağda separatçıların yuvasını məhv etməyimizdən sonra bütün ərazilərimizin suverənliyi bərpa edilmiş və başlanmış yenidən qurma və bərpa işlərinin bütün azad edilmiş əraziləri əhatə etməyimizə imkan verdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, 30 ildə bayrağımızı Şuşada, Xankəndində dalağalandırmağı, Novruz bayramı tonğalları həmin ərazilərdə yandırmağı arzulamışıq:

”Allah da bizim arzularımız eşitdi və dövlət başçızımızın rəhbərliyi altnda işğaldan azad olunmuş ərazilərə qayıtmaqla sevincli günlərimizi yaşamağı nəsib etdi.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyevə 6-cı ildir ki, Novruz bayramı tonqalları işağldan azad olunmuş ərazilərdə yandırır. Şuşada alovlanan Novruz tonqalının istisi bu gün Xocəvəndə nur saçır. Qısa zaman kəsiyində Xocavənd rayonunun 6 yaşayış məntəqəsinə 1818 nəfər olmaqla 441 ailə qayıdıb. Martın 18-də Prezident İlham Əliyev və Mehriban xanım Əliyevə Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, kəndə köçmüş Bəybala Qasımovun evində olub və sakinlərlə görüşmüşdür. Bundan gözəl nə ola bilər. Bir vaxtlar ürək ağrısı ilə uzaqdan baxaraq qayıtmaq arzusu ilə yaşadığı qarabağlılar bu gün öz doğma yurdlarında dövlət başçısı ilə bir yerdə bayram sevincini yaşayırlar. Təbii ki, bu sevincə dövlət başçımızın uzaqgörən siyasəti sayəsində meydana gəlmiş güclü dövlətimiz və xalq-iqtidar birliyi sayəsində nail olmuşuq. Bəli, bundan sonra da bayramlarımz və xoş günlərimizi Azərbaycanın bütün ərazilərində böyük sevinc və coşqu ilə qeyd olunacaqdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə