Hüquqi və Demokratik İslahatlar Mərkəzi keçirdiyi ümumrespublika rəy sorğusunun nəticələrini açıqlayıb - SORĞU

Hüquqi və Demokratik İslahatlar Mərkəzi Milli Məclisə 7 noyabr 2010-cu ildə keçiriləcək seçkilərlə bağlı respondentlər arasında keçirdiyi ümumrespublika rəy sorğusunun nəticələrini açıqlayıb.

SİA-ya Mərkəzdən verilən məlumata görə, sorğu respublika üzrə 56 rayon və şəhərdə 2548 respondent arasında keçirilib. 2010-cu il sentyabrın 1-dən 26-a qədər keçirilən sorğuda 56,9 faizi kişi, 43,1 faizi isə qadınlar olub. Sorğunun keçirilməsində məqsəd indiki parlament üzvlərinin fəaliyyətini qiymətləndirməkdən, 7 noyabr 2010-cu il tərixində keçiriləcək parlament seçkilərinə əhalinin münasibətini, ölkədəki sosial-iqtisadi vəziyyəti, siyasi partiyaların reytinqini, siyasi liderlərə inam səviyyəsini, hökümətin fəaliyyətinə münasibət və digər əlaqədar məsələlərə münasibətini öyrənməkdən ibarət olub.

Sorğunun nəticələri aşağıdakı kimidir:

1. İndiki parlament üzvlərinin fəaliyyəti sizi qane edirmi?

A) Bəli-56,6 faiz;

B) Xeyr-32,2 faiz;

V) Cavab verməyə çətinlik çəkirəm - 11,2 faiz;

2. Noyabrda keçiriləcək parlament seçkilərinin azad və demokratik keçiriləcəyinə inanırsınızmı?

A) Bəli-77,8 faiz;

B) Xeyr- 9,7 faiz;

V) Cavab verməyə çətinlik çəkirəm - 12,5 faiz;

3)Seçkilərdə səsvermədə iştirak edəcəksinizmi?

A) Bəli-73,6 faiz;

B) Xeyr - 14,5 faiz;

V) Cavab verməyə çətinlik çəkirəm - 11,9 faiz;

4) Siyasi partiyalardan hansılarının şansını daha çox qiymətləndirirsiniz?

1) YAP-62,8 %

2) Müsavat- 4,5 %

3) KAXCP- 4,2%

4) AXCP-4,1 %

5) BAXCP- 2,9 %

6) BQP-2,8%

7) "Ümid" - 2,6 %

8) AMİP-2,6 %

9) ADP-2,4 %

10) VHP-2,2 %

11) Ana Vətən -2,1 %

12) Sosial Rifah - 1,6

13) ASDP 1,4 %

14) Ədalət-1,3 %

15) Aydınlar-1,3%

16) Vəhdət -1,2 %

Hökumətin fəaliyyətini qənaətbəxş hesab edirsininzmi?

A) Bəli - 64, 2%

B) Xeyr-24,2 %

V) Cavab verməyə çətinlik çəkirəm- 11,6 %

6) Sosial problemləriniz hansılardır?

1) Elektrik enerjisi - 32,2 %

2) Bələdiyyələrlə münasibətlər - 25, 6 %

3) Qaz-14,3 %

4) Polislə münasibətlər-6,8 %

5) Səhiyyə - 4,2 %

6) Təhsil- 4,1 %

7) Korrupsiya - 3,5%

8) Sahibkarlığın inkişafına yaradılan mane -3,1 %

9) Su- 3 %

10) İşsizlik- 2,2 %

Nəzərinizə çatdırırıq ki, Hüquqi və Demokratik İslahatlar Mərkəzi 7 noyabr parlament seçkiləri ilə əlaqədar olaraq, oktyabrın 1-dən respublikanın bütün seçki dairələri üzərə "Hansı namizədə səs verəcəksiniz" sualı ilə respondentlərə müraciət etməklə sorğu keçirəcək. Nəticələrlə bağlı oktyabrın sonunda KİV üçün açıqlamalar yayılacaq.

Əhalidən isə dəstəklədiyiniz namizədin ümumi nəticəsini ilkin siyahı üzrə görmək istəyirsinizsə, sorğuda fəal iştirak etməyinizi xahiş edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə