Asiya İnkişaf Bankının nümayəndə heyəti İçəri Şəhərlə tanış olub

Asiya İnkişaf Bankının nümayəndə heyəti İçəri Şəhərlə tanış olub. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaqlar öncə bu günə qədər öz tarixi-memarlıq xüsusiyyətlərini saxlayıb, Azərbaycan dövlətçilik tarixində önəmli yeri olan Şirvan hakimlərinin iqamətgahı "Şirvanşahlar Sarayı Kompleksi"ndə olub və burada nümayiş etdirilən tarixi eksponatlara və rəsmlərə tamaşa ediblər.

Elektromobillə davam edilən tanışlıq İçəri Şəhərdə ən böyük meydan olan Qoşa Qala Qapıları meydanı ilə davam etdirilib və Böyük İpək yolunun üstündə yerləşən Multanı və Buxara karvansaralarının Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verdiyi və öz ilkin memarlıq quruluşunun saxladığı qeyd olunub. Nümayəndə heyəti Qız Qаlаsının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı aşkar olunmuş Sıratağlı dini-memarlıq kompleksi ("Bazar Meydanı") və buradakı bədii daşyonma sənətinin nümunələrinə baxıblar.

Qonaqlara unikal memarlıq quruluşlu, YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil olan Qız Qalası abidəsi ilə barəsində ətraflı informasiya verilib. Sonda Asiya İnkişaf Bankının nümayəndə heyəti "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – "İncəsənət Bağı"nda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə