BMT rəsmisi: “Forumun Bakıda keçirilməsi dilaoq baxımından çox önəmlidir”

"Deyərdim ki, bu mövzu forum çərçivəsində ən maraqlı və ən önəmli sessiyalardan biridir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm ki, belə bir foruma ev sahibliyi etməyə razılıq verdi. Forum iştirakçılarına yaradılan şərait olduqca yüksək səviyyədədir". SİA-nın məlumatına görə, bu fikirləri BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində "Bakı prosesi: Qlobal Mədəniyyətlərarası dialoq üçün yeni çağırışlara cavab" mövzusunda çıxışı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycanda 2016-cı il "Multukulturalizm ili" elan olunub: "Bu da bizə töhfəsini vermiş oldu. Ümumiyyətlə isə bu forumun Bakıda keçirilməsi tolerantlıq, dialoqun qurulması baxımından çox önəmlidir. Bir daha dünya ölkələri əmin oldular ki, BMT Sivilizasiyalar Alyansı bu cür təşəbbüslərin dəstəkçisidir. Azərbaycan öz coğrafi mövqeyinə, etnik tərkibinə görə dünyanın diqqət mərkəzindədir. Burada bütün dinlərin, dillərin nümayəndələrinə eyni yanaşma var. Amma Azərbaycandan fərqli olaraq bir çox Avropa ölkələrində bunu görə bilmirik. Miqrantların öz cəmiyətlərinə inteqrasiyasına narahatçılıq ifadə edirlər. Hesab edirəm ki, münaqişələr fonunda əmələ gələn miqrant axını qorxuya gətirib çıxarmamalıdr. Bütün mədəniyyətlər eynidir, sadəcə multukulturalizmi hərə öz cəmiyyətinə tətbiq etməlidir. Çünki hər mədəni sistem öz təbiiliyi ilə seçilir. Bu yöndə Azərbaycanı bir model olaraq götürsək, doğru olar. Görün multulturalizm Azərbaycanda necə güclüdür!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...