ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyir. SİA xəbər verir ki, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö deyib.
P.Andryö bildirib: "Hər iki ölkənin prezidenti ilə görüşdük və hazırda dövlət başçılarının görüşünü təşkil etməyə çalışırıq".
Onun sözlərinə görə, həmsədrlərin regiona səfər barədə hələ konkret planı yoxdur: "Atəşkəs rejimi pozulmamalıdır və danışıqlar prosesinə mümkün qədər daha tez başlamaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə