Pyer Andryö: "Azərbaycan və Ermənistan prezidentləri görüşəcək"

26 Aprel 2016 18:32 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyir. SİA xəbər verir ki, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö deyib.

P.Andryö bildirib: "Hər iki ölkənin prezidenti ilə görüşdük və hazırda dövlət başçılarının görüşünü təşkil etməyə çalışırıq".

Onun sözlərinə görə, həmsədrlərin regiona səfər barədə hələ konkret planı yoxdur: "Atəşkəs rejimi pozulmamalıdır və danışıqlar prosesinə mümkün qədər daha tez başlamaq lazımdır".