Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun Facebook və Twitter səhifələri açıb

ABŞ-ın Kalifoniya və digər 12 qərb ştatında Azərbaycanın təbliğatının daha da gücləndirilməsi məqsədilə, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu özünün Facebook və Twitter səhifələrini yaradıb. Konsulluqdan SİA-ya verilən xəbərə görə, səhifələrlə bu linklər vasitəsilə tanış olmaq olar:

www.facebook.com/azconsulatela

www.twitter.com/azconsulatela

Səhifələrdə, əsasən, Azərbaycanın müasir inkişafı, daxili və xarici siyasəti, iqtisadiyyatı, tarixi, mədəniyyəti, turizm imkanları, Ermənistanın ölkəmizə qarşı təcavüzü, Baş Konsulluğun fəaliyyəti, keçirdiyi tədbirlər və digər məsələlərə dair link, video və məlumatların yerləşdirilməsi planlaşdırılır.Facebooksəhifəsinin foto-qalereya bölməsində Azərbaycanın müxtəlif guşələrinin rəngarəng foto-rəsmləri yerləşdirilib. Foto-qalereyanın tədricən genişləndirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...