Bərdədə də zəlzələ baş verib

Bu gün səhər saatlarında baş verən zəlzələ respublikanın bir çox bölgələrində olduğu kimi Bərdədə də hiss olunub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, üç güclü və bir neçə xırda titrəmə baş verib. Sakinlərin bəziləri təşvişə düşərək evlərindən çölə çıxıblar. Bərdədə belə zəlzələlər çox az müşahidə edildiyindən bu hadisə əhali arasında qorxu və çaşqınlıq yaradıb.

Qeyd edək ki, bəzi evlərin və inzibati binaların tavan və divarlarında çatlar əmələ gəlib.



Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə