Türkiyə ilə Azərbaycan iqlim sahəsində tərəfdaşlığını davam etdiriləcək -FATMA VARANK

Türkiyə ilə Azərbaycan iqlim sahəsində tərəfdaşlığını davam etdiriləcək -FATMA VARANK

Türkiyə Azərbaycanda keçirilən COP29-da atılan addımları Antalyada keçiriləcək COP31 də davam etdirmək istəyir.

SİA xəbər verir ki, bunu COP31-in baş direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində "İqlim fəaliyyətinin şəhər ölçüsünün inkişaf etdirilməsi: WUF13-dən COP31-ə" mövzusundakı panel sessiyada deyib.

Onun sözlərinə görə, Bakı Fəaliyyət Çağırışının prioritetlərini COP31-də davam etdirərkən üç məsəlyəə xüsusi diqqət yetirilir:

"Birincisi, iqlim öhdəlikləri yalnız məkan planlaşdırılması, iqlimin tikintiyə çevrilən qərarları və tikinti standartları ilə uzlaşdıqda reallığa çevrilir. Yaşıl binalar və təbiətə əsaslanan həllər istisna yox, artıq bir zərurətdir. İkincisi, şəhər və regional idarəetmələr beynəlxalq fondlara birbaşa və daha asan çıxış əldə edə bilməlidir. İnkişaf banklarını və özəl sektoru şəhər iqlim investisiyalarını genişləndirməyə dəvət edirik. Türkiyə COP31-lə bağlı Fəaliyyət Çağırışında iqlimə dözümlü şəhərlər başlığı altında konkret hədəf müəyyənləşdirib. Üçüncüsü, çoxsəviyyəli idarəetmədir. Milli hökumətlər ilə yerli idarəetmə orqanları arasında əməkdaşlıq gücləndirilmədən nə uyğunlaşma, nə də tullantıların azaldılması hədəflərinə çatmaq mümkün deyil. Bildirilib ki, tikinti sektorunda enerji sıxlığı 2035-ci ilə qədər 25 faiz azaldılmalıdır. Bu hədəfin maliyyələşmə tərəfi üçün bələdiyyələri dəstəkləyəcək modeli, yəni Davamlı Şəhərlərin Dayanıqlılıq Fondu layihəsini inkişaf etdiririk".

F.Varank Türkiyə ilə Azərbaycanın iqlim sahəsində tərəfdaşlığının davam etdiriləcəyini də vurğulayıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə