"Müasir dövrdə idman dövlətlərin beynəlxalq nüfuzunun və sosial inkişafının mühüm göstəricilərindən biridir. Ümumilikdə, idmanın inkişafı sağlam cəmiyyət quruculuğunun və gənc nəslin formalaşmasının strateji istiqaməti kimi qəbul olunur".
Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, son illərdə beynəlxalq yarışlarda əldə olunan çoxsaylı nailiyyətlər, xüsusilə qızıl medalların üstünlük təşkil etməsi Azərbaycanın idman potensialının davamlı artımını nümayiş etdirir: "Ölkədə yaradılan müasir idman infrastrukturu, bölgələrdə fəaliyyət göstərən komplekslər və peşəkar məşq sistemi bu uğurların əsasını təşkil edir.
Xüsusilə gənc idmançıların seçimi və hazırlanması prosesinin düzgün qurulması idmanda davamlı inkişafı təmin edir və yeni nəsil çempionların yetişməsinə şərait yaradır. Bu isə Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin təsadüfi olmadığını göstərir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın bədii gimnastika üzrə mötəbər yarışları, həmçinin 3 may 2026-cı il tarixində Bakıda keçirilən Avropa Kubokunu izləməsi ölkədə idmanın, xüsusilə gimnastikanın inkişafına və populyarlaşmasına böyük təkan vermək məqsədi daşıyır.
Həm ölkə başçısı cənab Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın idman tədbirlərində iştirakı idmançılara mənəvi dəstək olmaqla yanaşı, cəmiyyətdə idmana olan rəğbəti və marağı əhəmiyyətli dərəcədə artırır.
Mehriban Əliyevanın bu fəaliyyəti ölkədə sağlam həyat tərzinin təbliği və uşaq-gənclər idmanının inkişafına yönəlmiş dövlət siyasətinin vacib hissəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB