Tramp NATO-dakı müttəfiqlərinə 48 saat vaxt verdi - GƏRGİNLİK

ABŞ NATO-dakı müttəfiqlərinə 48 saat vaxt verib. Məlum olub ki, Ağ Ev NATO-dakı müttəfiqlərdən İranla əldə olunan atəşkəsdən sonra dəniz nəqliyyatının təhlükəsizliyinə dair təcili və konkret təkliflər tələb edir. ABŞ rəhbəri NATO-nun baş katibi Mark Ruttenin Vaşiqntona səfəri zamanı kəskin fikirlər səsləndirib.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın narazılığı NATO-nun əvvəlcə belə bir missiyada iştirakdan imtina etməsi ilə bağlıdır. Hazırda alyans daxilində yalnız planlar müzakirə edilir, lakin ABŞ artıq bölgədə hərbi mövcudluğunu artırıb və tərəfdaşlardan konkret öhdəliklər gözləyir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə