İsrail səfiri Azərbaycanın yəhudi icmalarının nümayəndələri ilə görüşlər keçirib
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus ölkədəki yəhudi icmalarının nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, bu barədə səfirlik özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"Azərbaycandakı işinin ilk həftəsində səfir Azərbaycan cəmiyyətinin mühüm hissəsi olan aşkenazi, sefard və dağ yəhudiləri icmalarının nümayəndələri ilə görüşüb. Tərəflər fikir mübadiləsi aparıb və Azərbaycanda bu icmalara göstərilən təhlükəsizlik səviyyəsini, hörmət və dərin ehtiramı təsdiqləyiblər", - səfirlik qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə