"Sumqayıt hadisələri Qarabağ məsələsinin ideoloji bazası idi" - Tarixçi danışdı

"Əslində gələcəkdə Azərbaycan Respublikasına və xalqına qarşı planlaşdırılmış cinayətləri hüquqi və siyasə təməlini təşkil etmək məqsədi ilə həyata keçirilmişdir".

Bunu SiA-ya açıqlamasında tarixçi Paşa Oğuz deyib.

O bildirib ki, Sumqayıt hadisələri Qarabağ məsələsinin ideoloji bazası olaraq törədilib: "SSRİ həmin dövrdə ruslarla birgə bu aktı törətdilər. Təbii ki, bununla bağlı istintaq aparıldı. Həmin narazılıq dalğasında bri sıra azərbaycanlılarda o prossesə cəlb olundular. Bu prosses nəticəsində gülələnən 2 nəfər azərbaycalı oldu. Hansı ki, onların bu Sumnqayıt hadisəsində heç bir rolu olmadı. Onlar sadəcə fitfaya getmişdilər. Bunu edənlərdə cəzalandırıldılar, Lakin əsl bu hadisələri törədənlər qırağda qaldılar. O dövrdə də Azərbaycandakı bir sıra istintaq orqanları hələ Sovet İttifaqının mövcud hakimiyyətindən qorxaraq səslərini çıxartmadılar. Həmin dövrə ölkə rəhbərliyi xalqın tərəfini tutmadı. Haqsız olaraq azərbaycanlılar cəzalandırıldılar. Bu başqa bir hadisə idi. Sonradan bunla bağlı məsələlər üzə çıxıd. Ancaq bu günə qədər bu hadisələr öz əksini tam tapmayb. Hətta Putində öz çıxışlarında prosesin birinci Sumqayıtdan başlaması məsələsini dəfələrlə vurğulayıb. Amma bizdə hələ ki, bu barədə bütün məlumatları cəmiyyətə çatdıra bilməmişik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə