“2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında bəyannamə qəbul olundu. Amma bu bəyannaməyə görə Ermənistan silahlı qüvvələri tam şəkildə Azərbaycan ərazisini tərk etməli idi. Amma Ermənistan Qarabağda silahlı birləşmələrinin bir hissəsini saxladı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Ermənistan humanitar məsələlər üçün açılan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edirdi, ərazilərimizə minalar basdırırdı: “Bütün bunlar isə beynəlxalq hüququ pozurdu. Azərbaycan üç il səbr etdi, Ermənistana dəfələrlə xəbərdarlıq olundu. Amma Ermənistan tərəfi bunlara məhəl qoymadı. Azərbaycan isə öz suverenliyi və təhlükəsizliyini təmin etmək üçün anti-terror tədbirlərini həyata keçirdi. Həmçinin burada Azərbaycan təyyarələrinə qarşı pozuculuq həyata keçirildi. Həyata keçirilən anti-terror tədbirləri sayəsində Azərbaycanın suverenliyi bərpa olundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə