Seçki hər bir iddialı siyasi təşkilat üçün gücünü və imkanlarını nümayiş etdirmək baxımından meydandır. Təbii ki, bu meydanda zəiflərə və qorxaqlara yer ola bilməz. Çünki seçki yarışı gərgin keçir. Debatlar təşkil olunur, müzakirələr aparılır və hər bir namizəd öz potensialını ortaya qoyur. Seçici kimin nəyə qadir olduğunu bu zaman müəyyənləşdirir. El məsəlidir, "qoç döyüşünə qoş gərəkdir". Söz yox ki, AXCP, Milli Şura kimi zəif, sosial bazası olmayan qurumlar bu mübarizədə iştirak edə bilməzlər. Bunu onların özləri də dərk edirlər. Anlayırlar ki, seçki mübarizəsi onlar üçün deyil. Ona görə də Əli Kərimli, Cəmil Həsənli və onların ətrafında fırlanan boşboğaz yığnağı seçkiləri "boykot" etmək kimi absurd qərar qəbul ediblər. Söz yox ki, absurd qərarın qəbul edilməsində xarici məkrli dairələrində müstəsna rolu olub. Çünki inandırıcı deyil ki, AXCP və Milli Şura rəhbərliyi özbaşına qərar qəbul etsinlər. Düzdür, Ə.Kərimli və Cəmil Həsənli soial baza kasadlığına malik olduqlarını anlayırlar. Başa da düşürlər ki, seçkiyə qoşulmaq rüsvayçı məğlubiyyət deməkdir. Özlərini sığortalamaq üçün "boykot" qərarını elan ediblər.
Ə.Kərimli və C.Həsənli seçki məsələsini ermənipərəst dairələrlə müzakirə edib və sonda yekdil nəticəyə gəliblər
Yayılan məlumatlar təsdiq edir ki, Ə.Kərimli və C.Həsənli seçki məsələsini ermənipərəst dairələrlə müzakirə edib və sonda yekdil nəticəyə gəliblər. Nəzərə almaq lazımdır ki, Qərbin və Avropanın məkrli dairələri Əli Kərimlini və Cəmil Həsənlini özlərinin Bakıdakı təmsilçisi hesab edirlər. Dağıdıcı ünsürlərə tapşırıqları və göstərişləri yalnız bu məxluqlar üzərindən həyata keçirirlər. Səbəbsiz yerə deyil ki, ABŞ Konqresmeni Kristofer Smit, ABŞ İnsan Hüquqları Komissiyasının sədri Tom Lantos, Nümayəndələr Palatasının üzvü, Komissiyanın həmsədri Chris Smith və digərləri Əli Kərimli ilə məktublaşır, onunla təxribatları hansı formada həyata keçirmək yollarını müzakirə edirlər. Bu baxımdan birmənalı şəkildə demək olar ki, Əli Kərimli dağıdıcı müxalifətin başbiləni olmasa da, xarici maraqlı dairələrin Bakıda əsas dayağıdır. Hər iki tərəfi eyni maraqlar birləşdirir. Birincilər qarant almağa çalışırlarsa, ikincilər də Azərbaycanın dünya miqyasında artan nüfuzuna xələl gətirilməsinə çalışırlar. Bu baxımdan demək olar ki, Ə.Kərimlini və C.Həsənlini danışdıran xarici məkrli dairələrin maliyyə yardımlarıdır.
Tom Lantos Əli Kərimliyə məktub göndərib
Bir neçə gündür ki, internet TV-lərdə və sosial şəbəkələrdə AXCP-nin 35 illiyi ilə bağlı bəzəkli-düzəkli yazılar paylaşılır, videolar yayımlanır. Ə.Kərimli və ətrafındakı trollar dəyərsiz və əhəmiyyətsiz təşkilata çevrilən AXCP haqqında özlərinin belə inanmadıqları tərifli sözlər deyirlər. Hətta xaricdəki ağaları da onların səslərinə səs verib, AXCP-nin tərifini boz eşşəyin belinə tay ediblər. ABŞ İnsan Hüquqları Komissiyasının sədri, ermənipərəst məxluq Tom Lantos Ə.Kərimliyə ünvanladığı məktubunda AXCP-ni bir xeyli tərifləyib, Ə.Kərimli haqqında sözəbaxan təmsilçi adlandırıb. Bildirib ki, vəziyyətdən asılı olmayaraq onunla əməkdaşlığını davam etdirməyə çalışacaq. Bununla Tom Lantos Ə.Kərimliyə qrant layihələri çərçivəsində yardımlarının miqyasını artıracaqlarını nümayiş etdirib. AXCP-dəki mənbəmizdən əldə etdiyimiz məlumat görə, Rusiyanın erməni milyarderi Aram Abramyan, ABŞ-ın ermənipərəst Konqresmeni Kristofer Simit və digəri də Ə.Kərimlini pozucu əməllərə ruhlandırmaq üçün tərifli məktublar ünvanlayıblar. Məhz bu tərifli məktublardan sonra Ə.Kərimli və ətrafı il dönümlə bağlı paylaşmalarını daha geniş formada qurmağa girişiblər. Məqsəd digər himayədarlarını da məsələdən məlumatlandırıb, onlardan məktub almaq və sonrakı mərhələdə hesablarına maliyyə vəsaitlərini əldə etməkdir. Halbuki, Ə.Kərimli AXCP sədrliyini zəbt edib, partiya daxilində diktatura rejimi tətbiq etdikdən sonra cəbhəçilərin böyük hissəsi didərgin düşdülər. Son 15 il ərzində Ə.Kərimlinin səhv, yanlış siyasətinin nəticəsi olaraq partiya 12 dəfə parçalanmaya məruz qalıb. Proses bununla bitməyib. Hələ də Aydın Əliyev, Sahib Kərimli və digərləri Ə.Kərimlini hədələməkdədirlər. Bu isə onu deməyə əsas verir ki, çox yaxın vaxtlarda AXCP-nin növbəti dəfə parçalanması baş verə bilər. Ehtimal ki, bu parçalanma sonuncu olacaq, elə Ə.Kərimli üçün də.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə