“İran heç bir zaman Qarabağ probleminin həll olunmasını istəmirdi” - XARİCİ EKSPERT ŞƏRH ETDİ

“İran Azərbaycan dövlətini öz varlığı üçün bir təhdid olaraq görür. Bunun səbəbi də İranın siyasi sərhədləri daxilində yaşayan Güney Azərbaycanlıların varlığını rədd etməsi, Güney Azərbaycan həqiqəti ilə barışmaması, onların vətəndaşlıq haqları və insani hüquqlarının heç birini verməməsidir. Yəni, əslində İran bu məsələni çox rahat həll edə bilər. Lakin İran Güney Azərbaycan toplumu ilə düşmən olduğu üçün bunun cəzasını öz zənnincə bu şəkildə verir”. Bu sözləri SİA-ya açıqlamasında Ankara Gazi Üniversitesi Uluslararası İlişkiler Doktorantı siyasi şərhçi Məhsa Mehdili deyib.

Onun sözlərinə görə, İran bir tərəfdən də heç bir zaman Şimali Azərbaycanda yeni güclənmə istəmir: “Çünki Şimali Azərbaycan da mahiyyətcə dünyəvi bir dövlətdir. İran bütün bu səbəblərdən Ermənistanı özünə strateji bir müttəfiq olaraq görür. Ermənistan da həmçinin İranı elə görür. İran Ermənistanı Azərbaycana, Güney Azərbaycana, Şimali Azərbaycana və Azərbaycan Türkiyə birliyinə qarşı dəstəkləyir. Ona görə də bizim Ermənistanla olan çətin keçmişimizə rəğmən, münasibətlərimizin normallaşmağa başlaması İrana böyük bir zərbə olacaq. Bu səbəbdən illərlə davam edən gərginliyin sonlandırılması bölgənin rifahı üçün çox yaxşıdır. Əlbəttə bu çox çətindir. Çünki ermənilərin Azərbaycana qarşı böyük cinayətləri olub. İran heç bir zaman Qarabağ probleminin həll olunmasını istəmirdi. Çünki bilirdi ki, bu Azərbaycanın böyük enerjisini alacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə