Dövlətlərin, xalqların hərtərəfli inkişafında, sivil cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayan söz və məlumat azadlığı demokratiyanın əsas göstəricilərindən sayılır. Söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı ölkələrdən olan Azərbaycan məhz bu baxımdan sivil ölkə olaraq qəbul edilir. Çünki məhz cəmiyyətdə demokratik mexanizmlərin mövcudluğunu, işləkliyini təsdiq edən əsas şərtlərindən biri və ən vacibi də fikir, söz və məlumat azadlığıdır və elə bu baxımdan da həmin azadlıqlar sivil cəmiyyətin atributu hesab olunur.
Bəşər övladının azad mühitdə yaşaması, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz və bu baxımdan cəsarətlə deyə bilərik ki, söz, fikir, ifadə azadlığı dünyada ən əvəzolunmaz nemətlərdən biri hesab olunmalıdır və hesab olunur da. Bir halda ki, Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunmasıdır, deməli, bu azadlıqlar bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyərlərdir. Bu dəyərlər isə öz növbəsində ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. Ümumiyyətlə, insan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyini və demokratik təsisatların nə dərəcədə uğurla işləməsini göstərir.
Demokratik mexanizmlərin mövcudluğunu şərtləndirən məhz ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsidir. Buna görə də insan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ən ali nemət olub. Cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin əsas tərkib hissəsi isə qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr olmaqla, kütləvi informasiya vasitələri hesab olunur, çünki həmin vasitələr cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirirlər. Məhz bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi sayılır.
Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Azərbaycanın milli mətbuatının zəngin keçmişi var və hal-hazırda ölkə mətbuatının uğurlu inkişafı da bu zənginliyin məntiqi davamı və nəticəsidir. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçdiyi hamıya bəllidir və tarixi faktlar bunu təsdiq edir. 1918-ci ildə özünün dinamik inkişafı üçün şans qazanan milli mətbuatımızın, eləcə də söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə, xüsusən də hazırki dövrdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub. Bu baxımdan cəsarətlə deyə bilərik ki, milli mətbuatımızın uğurlu inkişafı məhz onun zəngin keçmişinin mirasıdır.
Digər sahələrdə olduğu kimi, mətbuat azadlığının təmin edilməsində də, milli mətbuatın inkişafında da Ümummilli Lider Heydər Əliyevin tarixi rolu olub və bununla bağlı inkaredilməz faktlar mövcuddur və bu baxımdan da sözün həqiqi mənasında, Azərbaycan mətbuatının öz müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması elə Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsası qoyuldu. Müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirən Ulu Öndər bu sahəyə də diqqətini əsirgəmədi və məhz onun rəhbərliyi, tapşırığı ilə Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edildi. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, xüsusən də, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çox saylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər keçirmək ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə və digər bu kimi məsələlər Ümummilli Lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülməsi heç də təsadüfi deyildi.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan, ideyalarını yaşadan cənab Prezindet İlham Əliyev hal-hazırda söz azadlığına, fikir, ifadə, məlumat azadlığına xüsusi önəm verir. Azərbaycan Prezidenti ölkəmizdə milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ön planda durur və təsadüfi deyil ki, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşıldığı ölkələrdən hesab edilir. Dövrün gerçəklərini, həqiqətlərini özündə əkd etdirən, cəmiyyətin güzgüsü hesab olunan media fikir, söz, məlumat azadlığı ölkəmizdə hər zaman qorunduğu kimi, yenə də mühafizə edilir, bu sahənin inkişafı üçün bütün imkanlar səfərbər edilir, hansıki bunun məntiqi nəticəsi olan inkişaf və dinamika, həmin sahədə olan uğurlar bunu deməyə əsas verir.
Azərbaycanda medianın inkişafı, söz, fikir, məlumat azadlığının təminatı üçün qanunvericilik normaları da qəbul edilib. Hətta institusional mexanizmlər də yaradılıb, bu istiqamətdə inkişafa təkan verən qurumlar da formalaşdırılıb və elə bu baxımdan gələcək üçün də nikbin proqnozlar verməyə kifayət qədər məntiqi əsasımız var. Xüsusilə qeyd etmək lazımdır ki, hal-hazırda vətəndaşlarının internetə sərbəst giriş imkanlarının, sosial şəbəkədən istifadə imkanlarının olması ölkəmizdə fikir və söz azadlıqlarına heç bir maneə olmadığını təsdiqləyir və bu, həmin azadlıqların gələcəkdə də təmin olunacağından xəbər verir. Eləcə də bu istiqamətdə beynəlxalq standartlara uyğun normativ hüquqi bazanın olması, həmçinin azad fikir, söz imkanlarının genişliyinə, heç bir maneənin olmaması Azərbaycanın bundan sonra da söz, fikir, məlumat azadlığının təmantında lider dövlətlərdən hesab olunması üçün əsaslı zəmin yaradır.
Müəllif: İnam Hacıyev
6.3.2. “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır
Bütün xəbərlər Facebook səhifəmizdə