Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

Mətləb Salahov: “Artıq Rusiya da Ermənistandakı reallıqları qəbul edib, Köçəryanı və Sarkisyanı deyil, Paşinyanı seçib”

“Ermənistanda baş verənlər, xüsusilə hazırkı hakimiyyətə qarşı revanşist və Kremlə bağlı olan qüvvələrin zərərsizləşdirilməsi prosesi elə sürətlə həyata keçirilir ki, həttda Moskvadakıkar belə macal tapıb etiraz edə bilmirlər. Səbəb çox sadədir: bölgədə və dünya siyasətində yeni reallaıqlar hakimdir və üfunət iyi verən iylənmiş və işlənmiş siyasi meyitlərin, daşnak keşişlərinin müdafiəsinə qalxmaq heç kimə sərf etmir. Vladimir Putinin şəxsi dost-aşnası kimi tanınan Robert Köçəryan və Serj Sarkisyanın erməni siyasətinin künc-bucağına çəkilməsi və hazırkı Ermənistan ictimai fikrində heç kimin yadına düşməməsi dediklərimə tutarlı sübutdur. Revanşistlərin son çırpıntılarına fikir verməyin, artıq Ermənistan siyasətində bu siyasi meyitlərin dövrü tamamilə qapanır.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deyib. O qeyd edib ki, V.Putin son iki ayda Nikol Paşinyanla insensiv əlaqə və görüşlər keçirməklə əslində vaxtı bitmiş hazırkı revanşistləri və kilsə keşişlərini deyil, N.Paşinyanı seçib. “Moskvada da anlayırlar ki, artıq siyasi meyitlərlə kiməsə təzyiq etmək və ya bunların üzərində planlar qurmaq dövrü bitib. Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyanın nümayəşkaranə şəkildə həbs edilməsi, əlindəki imkanların alınması real vəziyyətə ən gözəl güzgüdür. Cəmi 5-10 il əvvəl Ermənistanda kiməsə desəydin ki, Eçmiədzin kilsəsi, II Qaragen belə şəkildə rüsvay edilib “sındırılacaq”, heç kim inanmazdı.
Amma bu gün hazırkı erməni hakimiyyəti II Qarageni bütün dünyada rüsvay edib, onu terrorçu adlandırır və kilsənin bütün imkanlarını məhv etməklə məşğuldur. Bu o deməkdir ki, N.Paşinyan on illiklərdir ki, erməni cəmiyyətini gənə kimi yeyib dağıdan streotipləri məhv edib aradan qaldırmaqla məşğuldur. Sözsüz ki,N.Paşinyanla belə əməkdaşlığa baxmayaraq Moskva öz gələcək Sarkisyanlarını, Köçəryanlarını yetişdirəcək. Əlbəttdə, Rusiya hər şeyi N.Paşinyanın öhdəsinə buraxıb əllərini havaya qaldırası deyil. Amma fakt odur ki, hazırkı erməni hakimiyyəti keçmiş tör-töküntüləri “sındırıb” məhv edir, Moskva isə artıq bu siyasi tullantılara ehtiyac duymur və gələcək siyasi marionetlərini hazırlamaq üzərində işləyir”.

Bütün xəbərlər Facebook səhifəmizdə