Xarici qoşunların Ukraynaya yerləşdirilməsi qəbuledilməzdir - Rusiya

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Dmitri Peskov Ukraynaya xarici hərbçilərin göndərilməsinin qəbuledilməz olduğunu bildirərək qeyd edib: "Bu məsələ bizim üçün son dərəcə əhəmiyyətlidir".

Peskov, ABŞ-ın NATO ilə Ukraynaya silah daşınması ilə bağlı razılaşmanı "ticarət əməliyyatı" olaraq qiymətləndirərək bildirib: "Təfərrüatlar dəyişsə belə, nəticə eyni qalır. Ukraynaya silahlar hələ də tədarük edilir".

Peskov ABŞ prezidenti Donald Trampın açıqlamalarını yaxından izlədiklərini bildirib. "ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Ukrayna böhranı ilə bağlı yeni təkliflər irəli sürdüyünü bildirib. Bunlar nədir?" sualını cavablandıran Peskov müəyyən səbəblərdən bunu açıqlamaq istəmədiklərini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə