Azərbaycanda, yoxsa xaricdə istirahət sərfəlidir? - EKSPERT DANIŞDI

“İstirahət planlaşdırarkən insanların qarşısında duran əsas seçimlərdən biri – ölkə daxilində, yoxsa xaricdə səyahət etməyin məqsədəuyğun olub-olmamasıdır. Bu, əslində şəxsi seçim və maliyyə imkanlarından asılı olan bir məsələdir. Lakin müqayisəli şəkildə yanaşdıqda bəzi iqtisadi və praktik fərqlər müşahidə olunur”. Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov deyib.

Ceyhun Aşurov sözlərinə belə davam edib: “Daxili turizm istiqamətləri, xüsusilə Gəncə və Lənkəran kimi bölgələrə edilən səfərlər, nəqliyyatın mövcudluğu (xüsusilə dəmiryolu xətləri), qidalanma və qalma şəraiti baxımından daha əlverişli qiymətlərlə təmin olunur. Bu istiqamətlərdə mövsümə uyğun olaraq həm fərdi, həm də ailəvi səyahətlər üçün münasib şərait yaradılır.

Digər tərəfdən, xarici turizm bazarında xüsusilə əvvəlcədən alınmış və ya son dəqiqə (“last minute”) turlar vasitəsilə daha sərfəli qiymətlərlə istirahət imkanları əldə etmək mümkündür. Bu turlar vasitəsilə bəzi hallarda standart qiymətdən 30%-dək endirimlə xaricdə istirahət təklif olunur.

Xarici səfərlər, adətən, 3 ulduz və daha yuxarı kateqoriyalı otellərlə təşkil olunur. Belə turların qiyməti təxminən 500 ABŞ dollarından başlayaraq dəyişir və bu, tur paketinin daxil etdiyi xidmətlərə – aviabiletlər, transfer, qidalanma, ekskursiyalar və s. – uyğun olaraq formalaşır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə