Taliban hökumətinin Baş nazirinin müavini Mövləvi Əbdülsəlam Hənəfi əfqanıstanlı qaçqınların kütləvi şəkildə deportasiyasına görə İrana xəbərdarlıq edib. SİA xəbər verir ki, bu haqda Əfqanistan televizyası məlumat yayıb. “Əfqan qaçqınlara qarşı kobud və ədalətsiz davranış iki ölkənin xalqları arasında nifrətin yaranmasına səbəb olur. Qaçqınların deportasiyası tədrici şəkildə edilməli, ləyaqət və qonşuluq prinsiplərinə əməl edilməli və əfqan qaçqınlara qarşı alçaldıcı rəftar olmamalıdır”,- Hənəfi tələb edib.
Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra 300 mindən çox əfqanıstanlı qaçqın İrandan qovulub. Bununla da cari ildə ölkədən çıxarılan əfqanıstanlıların sayı 800 mini keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə