Əsmə xəzan yeli kimi,

Coşma dağlar seli kimi,

Nazlan nərgiz gülü kimi,

Çıx bəxtimin yollarına.

Bir məlhəmdir yar baxışı,

Təbəssümü yaz yağışı,

Gətir yazı, apar qışı,

Çıx bəxtimin yollarına.

Gözlərində gözüm qaldı,

Ürəyimdə sözüm qaldı,

Durna kimi uçub getdin,

Təkcə mənə dözüm qaldı.

Bax açılan qollarıma,

Çıx bəxtimin yollarına.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü,

"Şərəf" ordenli

Rəsul Rza adına Beynəlxalq

Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...