Mesopotamiya. Çox sayda dövlət və sivilizasiya mərkəzlərinə ev sahibliyi etmiş böyük bir coğrafiya. Misirin can damarı Nil çayının belə bir araya gətirə bilmədiyi mədəniyyətlər boylanır bu bölgədən. Mesopotamiyada kök salan, cücərən, inkişaf edən icadlar və kəşflər dünyaya buradan səs salıb, bəşəriyyəti heyran qoyub, faydalandırıb. Səmavi dinlər və bir-birinin ardınca doğan sivilizasiyalar məkanı olan bu yeri mədəniyyətlər beşiği, məhsuldar torpaqlarına görə isə “Bərəkətli hilal” adlandırıblar. Mesopotamiyanın bir qisimi də Anadolu coğrafiyası ərazisinə düşür. Dəclə və Fərat çayları həyat verir bu torpaqlara.
Türkiyənin “Asia Minör”, yəni Kiçik Asiyaya bağlandığı yerdə qərar tutmuş, dünyanın ən qədim məktəblərindən biri olmuş Harran məktəbindən, məşhur Harran təpəsindən və memarlığı ilə insanı özünə heyran edən qübbəli Harran evlərindən bəhs edirik indi sizə. Mətni Neslihan Değirmencioğlu yazıb.
Təxminən 7000 illik tarixi ticarət yollarının kəsişən nöqtəsində, strateji mövqedə yerləşib Harran. Assurilər, Babillər və Əməvilər Harranı öz dövlətlərinə paytaxt seçiblər.
Harran adının mənası şumer və akad dillərində “səyahət”, “kəsişən yollar” və ya “şiddətli isti” deməkdir. "Sirli Ay tanrısı Sinin məmləkəti Harrandır" deyənlər də var. Tövratda "Haran" deyə keçən yerin bura olduğunu söyləyirlər. Hətta Harranın Nuh tufanından sonra qurulan ilk şəhərlərdən biri olduğu belə rəvayət edilir. “Üç səmavi dinin atası” qəbul edilən Həzrət İbrahim də bu torpaqlarda doğulub və yaşayıb.
Assurilər və Babillər Günəş, Ay və planetləri müqəddəs qəbul edir, hər birini Tanrı sayırdılar. Çox tanrılı bu mədəniyyətlərin sahibləri səmadakı cisimləri və hadisələri araşdırmağa xüsusi əhəmiyyət verirdi. Harran da bu çox tanrılı inancın önə çıxan mərkəzlərindən biri idi. Bu baxımdan şəhərdə astronomiya inkişaf etməyə başlayır. Elmi mərkəz olan şəhər zaman keçdikcə də bu xüsusiyyətini qoruyur. Buna görə dünyanın ilk ibtidai məktəblərindən birinin Harranda qurulduğu bildirilir. Harran məktəbi ilə bağlı kifayət qədər qaynaq olmasa da, minilliklərdən bəri var olduğu yazılır. Astronomiya elmi Assuri və Babil dövrlərindən etibarən sistemli şəkildə bir məktəbdə öyrədilib və buradan çıxan şagirdlər tərəfindən dünyaya yayılıb.
Zaman keçir, antik dövr başlayır. Bu zaman dünyanın təhsil mərkəzi İskəndəriyyə və Afina olur. Xristianlığın yayılmağa başlamasıyla Roma İmperatorluğu akademiya və fəlsəfə məktəblərini bağlamaq qərarı verir. Əvvəlcə Afina, sonra ardından İskəndəriyyə məktəbləri bağlanınca, alimlərin bir çoxu Harrana sığınır və Harran məktəbində dərs verməyə başlayırlar. O zaman bu alimlərin əsərləri ərəb və yunan dillərinə tərcümə olunur. Harran məktəbi yunan əlyazmalarını başqa dillərə də tərcüməsini təmin edir ki, bu da onların yox olmasının qarşısını alır. Məktəb antik dövrün elm, fəlsəfə, tibb və sənət mövzularının qapılarını həm də İslam alimlərinə açıb. Beləliklə, qarşılıqlı elmi təsir və görüşlər başlayıb Şərqlə Qərb arasında. İslamiyyətin ilk dövrlərində də Harran bir elm mərkəzi kimi fəaliyyət göstəriş. İlk İslam universiteti belə Harran şəhərində təşəkkül tapıb.
Harran təkcə dünyanın ən qədim məktəblərindən birinə sahib deyil, həm də mədəni abidələri ilə diqqət çəkən bir şəhər olub.
Bu gün Türkiyənin Cənubi-Şərqi Anadolu bölgəsindəki Şanlıurfa rayonunun bir qəsəbəsidir Harran. Onu görünüşcə ən çox cazibədar edən qübbəli evləridir. Dünyanın qədim qübbəli ev ənənəsinin yaşandığı və göründüyü bir neçə yerdən biridir Harran. Bu gün Harran evlərinin bənzərlərinə İtaliya, Şotlandiya, Əfqanıstan, Peru və Çində rast gəlmək mümkündür.
Tarixi miladdan 4 min il əvvələ qədər uzanan evlər kvadrat formalı həyət ətrafında kərpicdən hörülərək tikilib. Pəncərələri şüşəsiz, divarları qalın olan bu evlər içəridən və çöldən palçıqla suvanır. Hündürlüyü 5 metrə çatan evlər yuxarıya doğru daralan bir arxitektura ilə qübbə görünüşünü verəcək şəkildə tikilir. Qübbənin təpəsi həm baca funksiyası daşıyır, həm də işıq düşməsi üçün açıq saxlanılır. Harran düzənliyinin dözülməsi çətin istisinə bu evlərin arxitekturası cavab verir: yayda otaqları sərin, qışda isti olur. Ehtiyac duyulduğunda yeni qübbələr əlavə edirərək evlər genişlədirilir. Evlərin qübbə sayı ailənin maddi vəziyyətini də göstərir. Qoruma altına alınan evləri ilə Harran UNESCO-nun Dünya Mirası Müvəqqəti Siyahısında yer alır.
Harranın ortasında şəhərin qədimliyini göstərən 22 metrlik yüksək bir təpə var. Ora çıxıb ətrafa boylanınca şəhərin hansı dövrlərə şahidlik etdiyi göz önündə canlanır. Olduqca geniş bir sahəyə yayılan təpə Harranın min illər boyu yaşayış yeri olduğunu göstərir. Çünki elmi qazıntı işlərində tapılan əşyalar, fiqurlar qədim Tunc dövrünə dayanır. Sonrakı mərhələlərdə Sin məbədindən bəhs edən mixla yazılan torpaq lövhə və kitabələr ortaya çıxıb. Harran təpəsi Hitit, Assuri, Babil, Roma, Əməvi, Abbasi və Səlcuq dövlətlərlərinin də izlərini özündə qoruyub saxlayır.
Qazıntılarda bir çox mühüm məlumat və sənəd əldə edilsə də, Sin məbədi və Harran məktəbinin qalıqları hələ tapılmayıb. Kültəpə lövhələrində adı çəkilən, Babillərə aid Ay tanrısı Sin üçün tikilmiş məbəd Harrandakı ən qədim monumental əsər imiş.
Harran təpəsinin ətəklərində Anadolunun ən qədim məscidlərindən biri var: Harran Ulu Camisi. Bu, Anadoluda eyvan və fəvvarəli həyəti olan ilk məsciddir. Harran Ulu məscidi həm də incə daş işləməri ilə də diqqət çəkir.
Harranın yaxınlığında görülməli iki yer də var: qaya məzarlar üzərində tikilən, Roma dövründən qalma abidələri ilə tanınan, Şuayip peyğəmbərinin yaşadığına inanılan Şuayip antik şəhəri və Sin inancının mərkəzi olaraq qəbul edilən, əhdlərin bağlandığı, ibadətlərin edildiyi açıq hava məbədi Soğmatar antik şəhəri.
Səma cisimlərinin tanrılaşdırıldığı, astronomiyanın inkişaf etdiyi, dünyagörüşlərinin paylaşıldığı, müxtəlif din və mədəniyyətlərin qol-boyun olduğu, inanc, fəlsəfə və elmin iç-içə keçdiyi bu qədim şəhər – Harran tarixin qatlarını səhifələyir maraqlananlar üçün.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



