Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukraynada nizamlanma planının nə dərəcədə mümkün olması ilə maraqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiyalı siyasətçinin fikrincə, Rusiya prezidenti Vladimir Putin amerikalını Ukraynanın təslim olmasına razılıq verməyə dəvət edə bilər.
Medvedev X-də ingilisdilli hesabında ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Consondan sitat gətirib.
O, Trampın Putinə zəng edərək “bəsdir” deyəcəyini təklif edib. Amerikanın eks-prezidentinin özü Ukraynadakı münaqişəni cəmi bir neçə günə, hətta saatlara bitirəcəyi ilə öyünürdü.
…Əgər Putin desə ki, Ukrayna təslim olmalı və NATO-ya qoşulmamalıdır?
Medvedev bunu sual kimi qoyur.
…Qeyd edilməlidir ki, noyabrın əvvəlində ABŞ-da prezident seçkiləri keçiriləcək və Ukrayna münaqişəsi kampaniya mövzularından birinə çevrilib. Respublikaçılar Partiyası tərəfindən namizədliyi irəli sürülən Donald Tramp hazırkı Demokratlar administrasiyasının Ukraynaya dəstək xəttinin yanlışlığına işarə edir və bunu Vaşinqton üçün sərfəli hesab etmir.
Seçki kampaniyası zamanı Tramp dəfələrlə potensial seçicilərə diplomatik bacarıqlarını və Birləşmiş Ştatların xeyrinə hər hansı partiya ilə əlaqə saxlamağa hazır olduğunu bildirib. Xüsusilə, namizəd qələbə qazanacağı təqdirdə hətta inauqurasiyadan əvvəl Ukrayna münaqişəsini həll edəcəyinə söz verib.
Amma nə qədər maraqlı da olsa Tramp sülh planının təfərrüatlarını açıqlamaqdan imtina edib.
...Və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın Ukraynadakı nizamlanmada vasitəçi olub-olmayacağı ilə bağlı müzakirələri spekulyasiya kimi təsnif edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə