İndi Putin Kadırovdan daha çox asılıdır, nəinki...

Kadırovla Kreml arasında müharibə getdikcə güclənir

...Artıq bir müddət əvvəl də qeyd edildiyi kimi, Çeçenistan lideri Ramzan Kadırov onun qətlinə sifariş vermədiklərini sübut etməsələr, dağıstanlı senator Süleyman Kərimov və Dövlət Dumasının deputatları Bexan Baraxoev və Rizvan Kurbanova qarşı qan davası elan edəcəyini bildirib.

...Bəzi iddialara görə, Kadırovun bu bəyanatı Rusiya Federasiyasının siyasi sisteminin tam mərkəzində partlayan bombaya bərabərdir.

...Kadırov təkcə regionun rəhbəri deyil, həm də federal səviyyədə fiqur, sistemin ən yüksək səviyyəli liderlərindən biridir. Təbii ki, Kreml bu vəziyyəti dayandırmağa çalışacaq. Hər şeyi olduğu kimi qoymaq mümkün deyil, çünki bu, ictimai rəy və elitanın əhval-ruhiyyəsi baxımından birbaşa rejimin təməlinə vurulan çox açıq-aşkar zərbədir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı siyasi strateq Abbas Qalyamov bildirib.

...Qalyamovun fikrincə, Kreml Kadırovu vəzifədən uzaqlaşdırmaq riskinə getməyəcək və təbii ki, onunla danışıqlar aparacaq. Əks halda, narazı Çeçenistan Rusiya Federasiyasından ayrıldığını elan edə bilər və bu, rejim üçün çox ciddi riskdir.

Belə olan halda Putin Donbassdan qoşunları çıxarıb Çeçenistana atmalı ola bilər ki, bu da mahiyyətcə onun hakimiyyətinin sonu demək olacaq.

...İndi Putin Kadırovdan daha çox asılıdır, nəinki Kadırov Putindən...

Bəli, Ramzan maliyyəsini Rusiyadan alır, amma prinsipcə Moskva ilə münasibətləri poza və ümumiyyətlə kəsə bilər.

Belə ki, o, artıq resursları toplayıb və özünü tam təmin edir. Və təbiim ki, Putin və təhlükəsizlik işçiləri bunu başa düşürlər, ona görə də vəziyyəti “unutdurmağa çalışacaqlar”..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə