Qlobal iqtisadiyyat üçün əsas risklər borcun artması və ticarətdə, pul-maliyyə sistemində vəziyyətin pisləşməsidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov BRİKS ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü zamanı deyib.
Siluanovun sözlərinə görə, borcun davamlılığı ilə bağlı problemlər pisləşib və yenidən gündəmə gəlir.
O qeyd edib ki, bir çox ölkələrdə, ilk növbədə, inkişaf etmiş ölkələrdə artan borc problemlərinə məhəl qoyulmaması, konsolidasiya strategiyasının olmaması və bu sahələrdə məsuliyyətli qərarlar qəbul etmək istəməməsi səbəbindən dünyada maliyyə riskləri artır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə