Pxenyan Cənubi Koreyaya "son xəbərdarlıq" edib

Şimali Koreya sərhədə hücum silahlarını tam hazır vəziyyətə gətirmək qərarına gəlib

Şimali Koreya sərhəd hücum silahlarını tam hazır vəziyyətə gətirir və Cənubi Koreyaya pilotsuz təyyarələrin uçuşlarını dayandırması üçün son xəbərdarlıq edir.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyi bildirib.

Bundan əvvəl Pxenyan Seulu oktyabrın 3, 9 və 10-da pilotsuz uçuş aparatlarından istifadə edərək təbliğat vərəqələri yaymaqda ittiham edib.

Cənubi Koreyaya bu cür hərəkətləri “qəbuledilməz təxribat” adlandırıb, çünki dronlardan hərbi silah kimi istifadə oluna bilər.

Lenta.ru yazır ki, bu gün Şimali Koreya Xarici İşlər Nazirliyi sərhəddə hücum silahlarının tam döyüş hazırlığına keçməsi barədə xəbərdarlıq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə