Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub oldu

UEFA Millətlər Liqasının C Divizionunun I qrupunda Tallində üz-üzə gələn Estoniya və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

SİA xəbər verir ki, “Lilleküla” stadionunda keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Estoniyanın heyətində qolları Yoan Yakovlyov, Vlasi Sinyavski və Rokko Şeyn vurublar. Azərbaycan millisində isə Toral Bayramov penaltidən fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 14-də doğma meydanda Slovakiya yığması ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə