Mərkəzi icra hakimiyyəti orqanlarınının stasionar və qaynar xətlərinin fəaliyyətinin qiymətləndirilməsi - FOTO
Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb. SİA xəbər verir ki, Monitorinq nəticələrinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin stasionar nömrəsinə edilən zənglərə cavab verilib.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qaynar xətt üzrə cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% cavab verilib.Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 26 saniyə, günün ikinci yarısında 15 saniyə olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 5 ali, 25 mərkəzi icra hakimiyyəti və 9 publik hüquqi şəxs olmaqla ümumilikdə 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla, ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib.
Monitorinqin əhatə dairəsinə daxil edilən dövlət orqanlarının (qurumlarının) stasionar nömrələri və qaynar xətləri üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb. Qeyd edək ki, sözügedən cari monitorinq nəticələri keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətləri üzrə ümumi nəticələri əks etdirir, yəni monitorinqin əhatə dairəsinə daxil edilməyən digər dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyətinin qiymətləndirilməsini nəzərdə tutmur.
Monitorinq çərçivəsində 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib. Monitorinqin əhatə dairəsinə daxil edilən bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının həm stasionar nömrələri, həm də qaynar xətləri içərisində cavab verilmiş zənglər üzrə ən yüksək göstərici 95.5% və ondan yuxarı olub.
Nəzərə çatdıraq ki, bu nəticələr yalnız monitorinqin əhatə dairəsinə daxil edilən 25 Mərkəzi icra hakimiyyəti orqanının kommunikasiya xətlərinə edilən zənglərin cavablandırılması ilə bağlı ümumi nəticələri əks etdirir və sözügedən göstəricilər monitorinq edilməyən digər Mərkəzi icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı cari vəziyyəti əks etdirmir.
Monitorinq çərçivəsində ümumilikdə 9 Publik hüquqi şəxsin kommunikasiya xətlərinə günün birinci və ikinci yarısında müxtəlif saatlarda zənglər edilib. Nəticələrə əsasən, monitorinq edilən 9 Publik hüquqi şəxsin stasionar və qaynar xətləri üzrə ümumilikdə zənglərin 59.6%-nə cavab verilib, 40.4%-nə cavab verilməyib. Monitorinq edilən bir sıra Publik hüquqi şəxslərin stasionar nömrələri içərisində cavab verilmiş zənglər üzrə ən yüksək göstərici 40.9% təşkil edib, bir sıra Publik hüquqi şəxslərin qaynar xətləri üzrə ən yüksək göstərici 95.5% və ondan daha yuxarı olub.
Monitorinq keçirilən rəy sorğularının nəticələri əsasında vətəndaşlar tərəfindən ən çox müraciət edilən dövlət orqanlarını (qurumlarını) əhatə edir.
Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə