Mərkəzi icra hakimiyyəti orqanlarınının stasionar və qaynar xətlərinin fəaliyyətinin qiymətləndirilməsi - FOTO

11 Oktyabr 2024 15:43 (UTC+04:00)

Sosial Tədqiqatlar Mərkəzi dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb. SİA xəbər verir ki, Monitorinq nəticələrinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin stasionar nömrəsinə edilən zənglərin 81.8%-nə cavab verilib, 18.2%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 18 saniyə, günün ikinci yarısında 8 saniyə olub.

Qaynar xətt üzrə cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% cavab verilib.Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 26 saniyə, günün ikinci yarısında 15 saniyə olub.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məxsus stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən zənglər ümumiyyətlə cavablandırılmayıb.

Bundan fərqli olaraq, qaynar xətt üzrə isə əks tendensiya müşahidə edilib, yəni monitorinq müddətində bütün zənglərə operativ cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 17 saniyə, günün ikinci yarısında 18 saniyə təşkil edib.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.

Monitorinq çərçivəsində dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.

Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.

Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
Monitorinq yekunlaşdıqdan sonra toplanılan məlumatlar qurumlar və kateqoriyalar üzrə təsnifatlaşdırılıb. Müvafiq qurumlar üzrə təsnifatlaşdırılan məlumatlar bazaya daxil edilərək xüsusi proqram SPSS – (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) vasitəsilə təhlil edilib və yekun nəticələr əsasında hesabat hazırlanıb.