Balığı bu xəstəliklərə görə yemək çox vacibdir MARAQLI FAKTLAR

Bildiyimiz kimi, pandemiya dövründə sağlamlığımız üçün tərkibində vitaminlərlə zəngin olan qidalar qəbul etməliyik. Bu qidaların içərisində zəngin vitaminləri ilə seçilənlərdən biri də balıqdır. Balıq, zəngin vitamin tərkibinə və güclü qida dəyərinə görə həm uşaqların, həm də böyüklərin mütəmadi olaraq, istifadə etməsi lazım olan bir qidadır. SİA-nın verdiyi məlumata görə, balıq A və D vitaminləri, sink, fosfor, yod, maqnezium və selenyum daxil olmaqla yüksək keyfiyyətli vitamin və minerallara malikdir.

Balığın insan orqanizminə bir çox faydaları var. 10 əsas faydası bunlardır:

1. İmmunitet sistemini qoruyur

Mövsümdə istehlak edilən balıq, tərkibindəki yağ turşuları sayəsində immunitet sistemini gücləndirmək üçün son dərəcə lazımlı bir qidadır. Balıqların bədəni qrip və infeksiyalardan qorunduğu araşdırmalarla sübut edilib. Xüsusilə, mövsümündə həftədə iki dəfə mütəmadi olaraq balıq qəbul edilməlidir.

2. Balıq Omeqa - 3 deposudur

Digər heyvan mənşəli qidalardan fərqli olaraq, balıqlarda doymuş yağ əvəzinə doymamış yağ turşuları adlanan Omeqa-3 yağ turşuları var. Omeqa-3, bədənin istehsal etmədiyi və daha çox balıqda olan son dərəcə faydalı bir yağdır. Xüsusilə, somon, skumbriya, sardalya və ton balığı kimi soyuq su balıqları Omeqa-3 ilə zəngindir. Omeqa-3, ürək-damar sağlamlığını qorumaqla yanaşı, gözdəki sarı ləkə xəstəliyi riskini azaldır və qan şəkərinin tənzimlənməsinə kömək edir.

3. Beynin inkişafı üçün faydalıdır

Balıq yodla zəngin olan bir qida mənbəyidir və zəkanın inkişafında mühüm rol oynayır. Balıq yeyən uşaqlarda zəka səviyyəsinin və öyrənmə qabiliyyətlərinin artdığı müşahidə olunur. Körpələrdə və uşaqlarda zəkanın inkişafını dəstəkləyən balığın tərkibindəki "DHA", görmə qabiliyyətinin və nevroloji inkişafın sağlam inkişafında son dərəcə təsirli bir rol oynayır.

4. Ürək sağlamlığını qoruyur

Balıq qəlbin əsl dostudur. Balığın tərkibindəki Omeqa-3 yağ turşuları zərərli xolesterolu azaldaraq, yaxşı xolesterolu artırır. Qanda sərbəst yağları azaldır. Təzyiqi aşağı salmaqla, ürək çatışmazlığı, insult riskindən qoruyur və qan laxtalanmasının qarşısını alaraq, axıcılığı artırır.

5. Sümükləri gücləndirir

Balıq insan orqanizminə bir çox faydaları olmaqla bərabər, həmçinin sümükləri də gücləndirir. Xüsusilə, sümükləri ilə yeyilə bilən kiçik balıqlar kalsiumla zəngin olur və əsas da kiçik yaşda uşaqların qəbul etməsi tövsiyə olunur.

6. Hüceyrələri düzəldir

Zülallar orqanizm üçün çox vacib qida mənbəyidir. Balıq da daxil olmaqla, bəzi qidalar keyfiyyətli protein yağları yaradır. Zülal hüceyrələrin düzəldilməsində və yeni toxumaların yaranmasında mühüm rol oynayır. Bu səbəbdən zülal baxımından zəngin balıqlar istehlak edilməlidir.

7. Sizi depressiyadan qoruyur

Problemlər bəzən ağır iş tempində və gündəlik həyatın dinamikliyi ilə üst-üstə düşə bilər. Xüsusilə, şəxsiyyətə meylli olan şəxslərdə stres öz yerini depressiyaya buraxa bilər. Tədqiqatlar göstərir ki, yüksək miqdarda Omeqa-3 yağ turşuları olan balıq, xüsusən də qızıl balıq, skumbriya və ton balığı depressiyaya qarşı böyük fayda verir.

8. Diabet riskini azaldır

Omeqa-3 gənclərdə diabet riskini əhəmiyyətli dərəcədə azaldır. İnsulinin işini artırır və "Tip 2" diabetdən qoruyur. Bu səbəbdən şəkərli diabet xəstələri və diabet riski olanlar üçün çoxlu balıq istehlak etməsi faydalıdır.

9. Yaddaş itirmə riskini azaldır

Balıq yağı və Omeqa-3 yağ turşusunun faydalarından biri də insanlarda yaddaş itirmə riskini azaltmasıdır. İnsan ömrünün uzanması ilə getdikcə yaş xəstəliyi olaraq, görülən yaddaş itirməyə qarşı həftədə iki dəfə balıq yeməyin böyük əhəmiyyəti var. Qeyd edək ki, balığı sobada və ya buxarda bişirmək daha faydalıdır.

10. Oynaq ağrısı üçün faydalıdır

Omeqa-3 yağ turşuları toxuma zədələnməsinə səbəb olan mexanizmləri təkrar emal edərək, iltihab əleyhinə təsir göstərən ən güclü qidalanma komponentlərindən biridir. Balıq istehlakının, xüsusən də "Romatoid artrit" xəstələrində oynaq rematizminin azaldılmasında və mövcud ağrıların aradan qaldırılmasında əhəmiyyətli faydaları var.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə