Həyat üçün yararlı planet tapıldı

Nəzəri cəhətdən yaşyışın mümkün olduğu bir planet aşkarlanıb. SİA RenTv-yə istinadən xəbər verir ki, nəzəri cəhətdən yaşayışın mümkün olacağı planeti astronomlar kəşf ediblər.
Planet K2-18b adlanır və o yerə oxşar bir atmosferə, temperatura və təzyiq də daxil olmaqla yerüstü bir quruluşa malikdir. Bundan əlavə, tədqiqatlar göstərir ki, onun atmosferində çox miqdarda su buxarı var və bu maye suyun da planetin səthində ola biləcəyi deməkdir.
Planet bizdən 124 işıq ili məsafəsində yerləşir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...